Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində hərbi aerodroma hücum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya və Ukrayna mediasında məlumat yayılıb.
Bildirilir ki, aerodrom ərazisində partlayışlardan sonra bir saatdan artıqdır detonasiya davam edir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, aerodromun uçuş-enmə zolağına gedən yollar və anbarlar ərazisində yanğın qeydə alınıb.
Hadisənin nəticələri və hərbi obyektə dəyən zərərin miqyası barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Bizim.Media