Şənbə günü axşam saatlarında Kiyevə edilən hücum nəticəsində azı üç nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Obolon rayonunda zərbə nəticəsində 12 mərtəbəli yaşayış binasının bir neçə mərtəbəsində yanğın baş verib.
Podolsk rayonunda qeyri-yaşayış binasına zərbə endirilib.
Qolosiyiv rayonunda isə inzibati bina və qeyri-yaşayış obyekti yanıb.


Bizim.Media