Misli Premyer Liqasında III turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk görüşdə qərb derbisi baş tutacaq. "Kəpəz" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək.
Gəncə şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Zirə" "Neftçi" ilə üz-üzə gələcək. Zirə İdman Kompleksində keçiriləcək görüş saat 20:15-də start götürəcək.
Bizim.Media