Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə ölkə ərazisi üzərində 494 Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) vurulub.
Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, hava hücumundan müdafiə qüvvələri avqustun 29-da Moskva vaxtı ilə saat 20:00-dan avqustun 30-da saat 08:00-dək Leninqrad, Bryansk, Belqorod, Kaluj, Kursk, Tver, Smolensk, Oryol, Pskov, Tula, Novqorod və Rostov vilayətləri, Krasnodar diyarı, Moskva regionu və Krım üzərində, həmçinin Azov və Qara dənizlərin akvatoriyasında 494 PUA-nı ələ keçirərək məhv edib.
Bizim.Media