Uzun illər ərzində aparılan və testlər, eləcə də MRT müayinələrini əhatə edən araşdırma yoxsulluqla beyin sağlamlığı arasında əlaqə olduğunu göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə “PsyPost” yazıb.
Aşağı gəlirli və davamlı maliyyə problemləri yaşayan insanlar yaddaş və məlumatların emal sürətini ölçən testlərdə daha zəif nəticələr göstəriblər. Tədqiqatçılar bildiriblər ki, bu fərq təhsil səviyyəsi və IQ göstəricisi ilə izah olunmur.
MRT görüntüləri belə insanlarda beyin atrofiyasının daha nəzərəçarpan olduğunu göstərib. Əlaqə xüsusilə kişilərdə daha güclü müşahidə edilib.
Bildirilir ki, maddi problemlərlə bağlı davamlı stress orqanizmdə iltihab səviyyəsini yüksəldir və qocalma prosesini sürətləndirə bilər.

Bizim.Media