“Bu günədək Qəzzadan Türkiyəyə 1 149 nəfər təxliyə edilib”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.
“Təxliyəsini gözləyən digər vətəndaşlarımızı da yaxın günlərdə təhlükəsiz şəkildə ölkəmizə gətirməyi hədəfləyirik”, - nazir qeyd edib.
Bizim.Media