"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır".
Bizim.Media "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb.
Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqlarına daxil edilir. O qeyd edib ki, yerfındığının kütləsinin təxminən 25 faizi zülaldan ibarətdir.
Diyetoloq əlavə edib ki, yerfındığı həmçinin fol turşusu, niasin və biotinin yaxşı mənbəyidir. Bu maddələr saçların uzanmasına kömək edə və saç tökülməsinin qarşısını almağa dəstək ola bilər.
Maksimum fayda əldə etmək üçün mütəxəssis yerfındığını üzərindəki nazik qırmızı qabıqla birlikdə yeməyi tövsiyə edib. Onun sözlərinə görə, həmin qabıq güclü antioksidantlarla zəngindir.
O bildirib ki, zülal tərkibinə görə yerfındığından bir qədər geri qalan əsl çərəz badamdır. Badamın tərkibində təxminən 21 faiz zülal var ki, bu da toyuq ətindəki göstərici ilə müqayisə oluna bilər.
Diyetoloq həmçinin vurğulayıb ki, badam lif və E vitamini ilə zəngindir. E vitamini isə görmə qabiliyyəti və dəri sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. (Ölkə.az)
Bizim.Media