Rusiyanın Özbəkistandakı səfiri Oleq Malginov ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, diplomat miqrasiya probleminin həlli çərçivəsində Orta Asiya ölkələrini ələ keçirməyi təklif edən rus yazıçısı Zaxar Prilepinin açıqlamalarına görə çağırılıb.
Səfir Oleq Malginov tam məsuliyyətlə bildirib ki, Zaxar Prilepinin bəyanatlarının Rusiya rəhbərliyinin dost və müstəqil Özbəkistanla bağlı rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur.
Bizim.Media