İranda daha bir jurnalistə həbs cəzası verilib.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, İnqilab Məhkəməsi jurnalist Sara Məsumiyə “yalan məlumat yaymaq” ittihamı ilə 6 ay həbs cəzası və 2 il müddətinə jurnalistika sahəsində fəaliyyət göstərməkdən məhrum etmə cəzası verib.
Məlumata görə, jurnalist əxlaq polisi tərəfindən Tehran metrosunda hicaba görə qətlə yetirilən 16 yaşlı məktəbli qız Armita_Gəravənd barəsində tvit paylaşdığı üçün azadlıqdan məhrum edilib.

Bizim.Media