Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyanın yenidən seçilən Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Ərdoğan Vuçiçi seçkilərdəki növbəti qələbə münasibəti ilə təbrik edib.
Tərəflər Türkiyə – Serbiya münasibətləri, qlobal və regional məsələləri də müzakirə ediblər.
Bizim.Media