“İsveç tezliklə NATO-ya üzv olacaq və bu, alyansın potensialını gücləndirməyə xidmət edəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Antoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında danışıb.
“Bu il NATO-ya 31-ci üzv - Finlandiya qəbul edildi və İsveç də yaxın gələcəkdə təşkilata qoşulacaq. Bu da alyansın müdafiə potensialını və imkanlarını gücləndirəcək”, - deyə Blinken qeyd edib.
Bizim.Media