Rusiyada prezident seçkilərində ilk dəfə olaraq onlayn səsvermə sistemi tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası qərar verib.
Məlumata görə, 30 region onlayn səsvermədə iştirak edə biləcək. Moskvada da elektron səsvermədən istifadə ediləcək.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.
Bizim.Media