ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi keçmiş dövlət başçısı Donald Trampa 2024-cü il prezidentliyə namizəd kimi yerli praymerizlərdə (ilkin seçkilər - Qeyd) iştirakını qadağan edən hökm çıxarıb.
Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, bu barədə sənəd orqanın elektron məlumat bazasında yerləşdirilib.
Bildirilib ki, Tramp Birləşmiş Ştatlara qarşı üsyanda və ya düşmənlərə dəstəkdə ittiham olunur.
Məhkəmənin Trampa qarşı çıxardığı hökm yalnız Kolorado ştatında etibarlıdır. Qərar eks-prezidentin yanvarın 4-dək ABŞ Ali Məhkəməsinə müraciət etmək hüququ olduğu üçün hələ qüvvəyə minməyib.
Bizim.Media