BMT Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsinin ümumi müzakirələri çərçivəsində 47 ölkə Rusiyaya qarşı birgə bəyanatla çıxış edərək hərbi əməliyyatları dərhal dayandırmağı tələb edib.
Bizim.Media xəbər verir ki, sənədə Avstraliya, Avstriya, Kanada, Fransa, Almaniya, Macarıstan, İtaliya, Yaponiya və Böyük Britaniya da daxil olmaqla 47 dövlət imza atıb.
Bəyanatda Rusiyanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki bütün ərazilərindən hərbi qüvvələrini və texnikasını tam, təxirəsalınmaz və qeyd-şərtsiz çıxarmalı olduğu vurğulanır.
Bizim.Media