Azərbaycan vətəndaşı olan 37 nəfər avqustun 11-də Almaniyadan geri qəbul edilib.
Bu barədə Bizim.Media-ya Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, proses "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində baş tutub.
Bizim.Media