İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 26 nəqliyyat vasitəsi satılıb.
Bizim.Media bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Növbəti hərracları 18 və 25 avqustda keçiriləcək. Bu hərraclara 64 nəqliyyat vasitəsi və avadanlıq çıxarılacaq. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1973-2014-cü illəri əhatə edir.
Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.
Bizim.Media