Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR

Yaxın vaxtlarda kasko sığortası ilə bağlı yeni qaydalar tətbiq olunacaq. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib. Qeyd olunub ki, dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını nəzərdə tutur.

Bəs kasko sığortası alan sürücü qəza törətdikdə sığorta şirkəti hansı hallarda “pulu mən yox, sən ödəməlisən” deyə bilər? Yeni qaydalar bu kimi mübahisələrin qarşısını həqiqətən ala biləcəkmi?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan sığorta mütəxəssisi Nicat Əlibəyli bildirib ki, kasko könüllü sığorta növü olduğundan, tərəflər arasındakı münasibətlər birbaşa müqavilə və sığorta qaydaları ilə tənzimlənir: 

“Qanunvericiliyə və standart şərtlərə əsasən, sığorta şirkətlərinin zərəri ödəməkdən imtina etmək hüququna malik olduğu əsas hallar bunlardır:

Sərxoşluq və ya narkotik vasitələrin təsiri – sürücü qəza baş verdiyi zaman spirtli içki, narkotik və ya digər psixotrop maddələrin təsiri altında olduqda;

Sürücülük hüququnun olmaması – sükan arxasında olan şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadıqda və ya sürücülük hüququ məhdudlaşdırıldıqda;

Qəzanın qəsdən törədilməsi – sığortalının qəzanı qəsdən törətdiyi sübut olunduqda;

Müqavilə şərtlərinin pozulması – məsələn, avtomobil müqavilədə nəzərdə tutulmayan şəxs tərəfindən idarə edildikdə və ya hadisə barədə sığorta şirkətinə vaxtında məlumat verilmədikdə”.
Mütəxəssis deyib ki, sığorta şirkətləri heç bir halda məsuliyyətsizliyin və ya qayda pozuntularının maliyyə qalxanına çevrilməməlidir:
 

“Sığorta mübahisələrinin əsas səbəblərindən biri də zəmanətli təmir və ya dəymiş zərərin pulla ödənilməsi zamanı ehtiyat hissələrinin qiymətlərinin subyektiv şəkildə müəyyənləşdirilməsidir.
Hazırda müxtəlif mağazalar və rəsmi servis mərkəzləri eyni detal üçün tamamilə fərqli qiymətlər təqdim edirlər. Bu da sığorta şirkətlərinin “biz bu qədər ödəyirik”, sürücülərin isə “bazar qiyməti qat-qat bahadır” şikayətlərinə yol açır.


Beynəlxalq təcrübəyə uyğunlaşma və şəffaflığın təmin edilməsi çərçivəsində qarşıya qoyulan əsas hədəflərdən biri də avtomobil ehtiyat hissələrinin qiymətlərinin vahid reyestrinin və ya elektron bazasının yaradılmasıdır.

Əgər bu mexanizm tam işlək vəziyyətə gətirilərsə, Azərbaycanda avtomobil sığortasında müasir zərər qiymətləndirmə sistemlərinin tətbiqi zərərlərin daha dəqiq, şəffaf və standartlaşdırılmış şəkildə qiymətləndirilməsinə imkan verə bilər. Almaniya və Avropa İttifaqı ölkələrində istifadə olunan SilverDAT və Audatex kimi sistemlər buna nümunədir.

Belə sistemlər: insan amilindən və subyektiv yanaşmadan asılılığı azalda bilər;

təmir xərclərinin daha dəqiq hesablanmasını təmin edə bilər;

sığorta şirkəti ilə müştəri arasında mübahisələri azalda bilər;

qiymətləndirmə prosesini sürətləndirə bilər;

saxtakarlıq və əsassız ödəniş risklərinin qarşısının alınmasına kömək edə bilər.

Azərbaycanda da Mərkəzi Bankın sığorta sektorunu beynəlxalq prinsiplərə uyğunlaşdırmaq istiqamətində atdığı addımların əsas məqsədlərindən birinin məhz belə şəffaf və rəqəmsal qiymət bazalarının formalaşdırılması olduğunu düşünürəm. Bu, hər bir servis və ya mağazada fərqli qiymət siyasətinin tətbiq edilməsinin qarşısını almağa və sığorta ödənişlərinin tam şəffaf rəqəmlər əsasında hesablanmasına imkan verə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bəzi sürücülər bunları yalnız özlərinə aid qərar kimi qəbul edir” - FOTO

“Bəzi sürücülər bunları yalnız özlərinə aid qərar kimi qəbul edir” - FOTO

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi

MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF – “İranın nüvə obyektinə dəfələrlə getmişəm”

MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF – “İranın nüvə obyektinə dəfələrlə getmişəm”

Təkcə maaş yox, həm də pay: Əmək bazarında yeni dövr başlayır

Təkcə maaş yox, həm də pay: Əmək bazarında yeni dövr başlayır

Kurban Berdıyev Rusiyaya qayıdır?

Kurban Berdıyev Rusiyaya qayıdır?

Zaqatalada AĞIR QƏZA – Vəzifəli şəxslər yaralandı - VİDEO

Zaqatalada AĞIR QƏZA – Vəzifəli şəxslər yaralandı - VİDEO

Heç vaxt heç nədən qorxmamışam - Putin

Heç vaxt heç nədən qorxmamışam - Putin

UNEC-də də təhsil haqları azaldıldı – RƏSMİ

UNEC-də də təhsil haqları azaldıldı – RƏSMİ

Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR

Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR

Aliment borcunu ödəmədiyinə görə həbs olunanların SAYI AÇIQLANDI

Aliment borcunu ödəmədiyinə görə həbs olunanların SAYI AÇIQLANDI

Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR

Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR

Ən uğurlu insanların doğulduğu aylar açıqlandı

Ən uğurlu insanların doğulduğu aylar açıqlandı

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl OĞURLADI

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl OĞURLADI

“İranın bankiri mənəm” – VİDEO

“İranın bankiri mənəm” – VİDEO

Köhnə telefonları ATMAYIN – İçərisində sərvət yatır

Köhnə telefonları ATMAYIN – İçərisində sərvət yatır

Sabah çimərliklərdə hava necə olacaq? – PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? – PROQNOZ

19 yaşında milyonçu oldu, 8 il sonra yenidən zibil toplamağa qayıtdı

19 yaşında milyonçu oldu, 8 il sonra yenidən zibil toplamağa qayıtdı

“Kubinkada satdığı çörəklərin puluna kitab alırdı” – Cəfər Cabbarlının nəvəsi danışdı – ÖZƏL

“Kubinkada satdığı çörəklərin puluna kitab alırdı” – Cəfər Cabbarlının nəvəsi danışdı – ÖZƏL

Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi

Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi

Bakıda ət qiymətinə satılan meyvə – FOTO

Bakıda ət qiymətinə satılan meyvə – FOTO

Məzunların DİQQƏTİNƏ – Elektron attestatları bu yolla əldə edə bilərsiniz – FOTO

Məzunların DİQQƏTİNƏ – Elektron attestatları bu yolla əldə edə bilərsiniz – FOTO

Evində meyiti tapıldı

Evində meyiti tapıldı

“Yaprak dökümü”nün Ali Rza bəyi 16 il sonra həmin malikanədə

“Yaprak dökümü”nün Ali Rza bəyi 16 il sonra həmin malikanədə

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı ARTIB

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı ARTIB

End of content

No more pages to load

RADİO