Bakının Xətai rayonunda, "Neapol" dairəsi yaxınlığında yerləşən və "Mirana Luxury" adı ilə fəaliyyət göstərən şadlıq sarayı satışa çıxarılıb.
Bizim.Media Plat.az-a istinadən xəbər verir ki, iki mərtəbədən ibarət obyektin ümumi sahəsi 2 500 kvadratmetrdir.
Şadlıq sarayında 450 nəfərlik əsas zal və 250 nəfərlik ikinci zal fəaliyyət göstərir.
Obyektin satış qiyməti 5 milyon 500 min manat müəyyənləşdirilib.
Bizim.Media