Beynəlxalq Dekolonizasiya Cəbhəsi Korsikada keçirilən tədbirdə "Korte Bəyannaməsi"ni QƏBUL ETDİ – FOTO

Avqustun 7-9-da Korsikanın Korti şəhərində Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” siyasi hərəkatının təşkilatçılığı ilə “Beynəlxalq Günlər” adlı tədbirin növbəti - 44-cü buraxılışı keçirilib.

Bakı Təşəbbüs Qrupundan (BTQ) Bizim.Media-ya verilən məlumata görə, tədbirdə, eyni zamanda, BTQ-nin dəstəyi ilə 2024-cü ilin iyulunda Bakıda təsis edilmiş, Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan Dənizaşırı ərazilərin müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiya və hərəkatları birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri də iştirak ediblər.

Tədbirin yekununda Beynəlxalq Dekolonizasiya Cəbhəsi tərəfindən "Korte Bəyannaməsi" qəbul edilib.

Bəyannamədə qeyd olunur ki, Fransa dövlətinin idarəçiliyi altında olan bütün fərqli coğrafi ərazilərdə yerli xalqların fundamental hüquqlarını və suverenliyini tapdalayan eyni kolonial istismar mexanizmləri tətbiq olunmaqdadır. Rəsmi Parisin yürütdüyü məqsədyönlü mövcud iqtisadi siyasətin yerli sərvətləri amansızcasına taladığı, ərazilərdə süni bahalıq yaratdığı və kütləvi işsizlik formalaşdıraraq gəncləri öz doğma yurdlarından uzaqlaşmağa, mühacirətə və ya sosial müavinətlərdən asılı yaşamağa məhkum etdiyi kəskin şəkildə vurğulanır.
 

Bununla yanaşı, Fransa “ədalət” sisteminin birbaşa himayəsi və şərikliyi ilə yerli əhalinin torpaqlarının müsadirə edildiyi, xarici maraqlara xidmət edən spekulyasiyalara yol açıldığı və demoqrafik strukturu dəyişərək yerli xalqları öz vətənlərində azlığa çevirmək məqsədilə planlı şəkildə "məskunlaşdırma kolonizasiyası"nın davam etdirildiyi bildirilir.


Fransa hakimiyyətinin müstəmləkə əleyhinə mübarizə aparan dinc fəallara və müqavimət hərəkatlarına qarşı qanunsuz güc tətbiq edib onları kriminallaşdırdığı qeyd olunur. Vurğulanır ki, rəsmi Paris Martinik və Qvadelupda on minlərlə insanın həyatına təsir edən qorxulu xlordekon pestisidi zəhərlənməsi cinayəti kimi ağır ekoloji və humanitar skandalların üstünü məhkəmə yolu ilə ört-basdır edərək tam cəzasızlıq mühiti formalaşdırır.

Bəyannamədə Beynəlxalq Dekolonizasiya Cəbhəsi Fransadan tələb edir ki, Fransa dövləti Yeni Kaledoniyadakı (Kanaki) Bujival sazişləri, Korsikadakı Bovo prosesi və digər regionlarda davam edən müzakirələr vasitəsilə bu xalqların milli və siyasi mövcudluğunu danmaq, onları sadəcə hüquqsuz "ada icması" səviyyəsinə endirmək cəhdlərinə dərhal son qoymalıdır.

Bu ərazilərin hər birinin beynəlxalq hüquqa və tarixi legitimliyə malik, öz müqəddəratını təyin etmək hüququ olan müstəqil millətlər olduğunu bəyan edir.

Cəbhə, BMT Baş Assambleyasının müstəmləkəçiliyin tamamilə ləğv edilməsini ehtiva edən 75/123 saylı tarixi qətnaməsinə istinad edərək, Fransanın müstəmləkəçiliyi altında yaşayan Dənizaşırı ərazilərin yenidən BMT-nin rəsmi dekolonizasiya olunmalı ölkələr siyahısına salınması üçün qlobal müstəvidə hüquqi, diplomatik və siyasi addımlarını daha da genişləndirəcəyini və bu kollektiv strategiyanı kəsintisiz davam etdirəcəyini elan edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

End of content

No more pages to load

RADİO