Məzuniyyətə çıxmadan pulunu almaq olar?

Arif müəssisələrdən birində İT mütəxəssisi vəzifəsində çalışır. İş yoldaşları məzuniyyətə çıxsalar da, o bu hüququndan istifadə edə bilməyib. Müəssisədə İT sahəsində yenilik tətbiq edildiyinə görə 2026-cı il ərzində onun məzuniyyətə getməsi mümkün olmayacaq. Arif isə məzuniyyətə çıxmadan buna görə ödəniş almaq istəyir.

Maraqlıdır, bəs qanun buna imkan verir?     

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, işçilər vəzifəsindən, əmək şəraitindən asılı olmayaraq məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

Əmək Məcəlləsinə görə, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə müəyyən hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir. İşdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 
 

İşçi məzuniyyətdən istifadə etmək istəmədikdə ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilir. Məcəllənin 144-cü maddəsinin 2-ci bəndində bildirilir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir.


Konstitusiya Məhkəməsinin Plenumunun 18 fevral 2026-cı il tarixli Qərarında isə deyilir ki, kompensasiya ödənişi əsas məzuniyyətlərlə yanaşı, əlavə məzuniyyətlərə də şamil olunmalıdır.

İşçilərə ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir. Müəyyən sahələrdə bu müddət daha çoxdur.

Əmək Məcəlləsi ilə müəyyən edilən əlavə məzuniyyətlərə isə aşağıdakılar addir:

- Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət ;

- Əmək stajına görə əlavə məzuniyyət ;

- Uşaqlı qadınların əlavə məzuniyyəti ;

- İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyəti.

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər üçün əlavə məzuniyyətin müddəti 5 gündür. 14 yaşınadək iki uşağı olan qadınlara 2 gün, bu yaşadək 3 və daha çox uşağı olan və ya əlilliyi olan uşaqlı qadınlara isə 5 gün müddətində əlavə məzuniyyət verilir. Həmçinin əmək stajından asılı olaraq işçilər üçün 2-6 gün əlavə məzuniyyət müəyyən olunur.

Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti isə 6 gündən az olmamalıdır.

Əmək Məcəlləsinin 135-ci maddəsində isə deyilir ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
 

Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqısına əsasən müəyyən edilir.  Məzuniyyət günlərinin maaşını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 ayın əməkhaqqısının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq məbləğ tapılır.


Alınan məbləği ayın günlərinin orta illik miqdarına - 30,4-ə bölməklə 1 günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş 1 günlük əməkhaqqının məbləği, məzuniyyətin müddətinin günlərinin sayına vurulur.

Bu qayda işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir. 

Beləliklə, buradan aydın olur ki, Arif istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ala bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

End of content

No more pages to load

RADİO