Bu şəxslərə kredit verilməyə bilər — Açıqlama

İcra icraatı çərçivəsində mövcud borcunu uzun müddətdir müntəzəm şəkildə ödəyən pensiyaçılar üçün kredit və refinanslaşdırma imkanları da maraq doğuran məsələlərdəndir.

Xüsusilə borc ödənişlərində gecikməsi olmayan şəxslər mövcud kreditlərini başqa bankda refinanslaşdıraraq daha əlverişli şərtlər əldə etmək və əlavə kredit götürmək imkanlarının olub-olmadığını araşdırırlar.

Bəs banklar belə müraciətlərə baxarkən pensiyanın məbləğini, borcun ödəniş tarixçəsini, kredit tarixçəsini və yaş amilini necə qiymətləndirirlər? Pensiyaçının uzun müddət intizamlı ödəniş etməsi onun yeni kredit və ya refinanslaşdırma əldə etməsinə nə dərəcədə təsir göstərir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, şəxs icra mexanizmi çərçivəsində, yəni pensiyasından tutulma yolu ilə borcunu ödəyirsə, bu, onun kredit öhdəliyinin məhkəmə və icra mərhələsinə keçdiyini göstərir.

Onun sözlərinə görə, belə kreditlər banklar tərəfindən problemli aktiv kimi qiymətləndirilə bilər:

“Bu baxımdan həmin şəxsə yenidən kredit verilməsi məsələsində düşünürəm ki, bankların 99 faizinin buna razı olmayacağı ehtimalı yüksəkdir. Çünki bu şəxs artıq problemli kredit borcalanıdır və onun borcunun ödənilməsi məhkəmə və icra mexanizmi vasitəsilə həyata keçirilir. Borcun məcburi tutulma qaydasında ödənilməsi bank üçün həmin müştərinin ödəniş qabiliyyəti və kredit intizamı baxımından ciddi risk göstəricisidir.

Şəxs mövcud krediti tam bağladıqdan sonra yenidən kredit verilə bilərmi? Düşünürəm ki, bu müraciətlərin əksəriyyətinə mənfi cavab verilə bilər. Yalnız istisna hallarda, məsələn, şəxs pensiyasını həmin bankdan alırsa, bank müəyyən məbləğdə və ya daha yüksək faizlə, müştərinin riskini nəzərə alaraq ona xüsusi şərtlərlə kredit təklif edə bilər. Lakin digər banklarda belə müraciətlərin böyük əksəriyyətinin imtina ilə nəticələnəcəyini düşünürəm.
 

Çünki bank üçün əsas məsələlərdən biri müştərinin əvvəlki kredit öhdəliklərini necə yerinə yetirməsidir. Kreditin icra yolu ilə, yəni məcburi tutulma hesabına ödənilməsi isə müştərinin kredit tarixçəsində mənfi hal kimi qiymətləndirilə bilər.


Məhkəmə və icra mərhələsinə keçmiş kredit üzrə zaminin olması da əsas problemi aradan qaldırmır. Çünki burada əsas məsələ müştərinin əvvəlki kredit öhdəliyinin problemli vəziyyətə düşməsi və borcun məcburi icra mexanizmi ilə tutulmasıdır.

Ona görə yalnız şəxsin pensiya aldığı bank istisna hal kimi müəyyən məbləğdə kredit verə bilər. Bank müştərinin pensiyasının həmin bank vasitəsilə alınmasını, gəlirinin müntəzəm olmasını və müəyyən müddət ərzində ödənişlərini nəzərə alaraq ona xüsusi şərtlər təklif edə bilər. Lakin belə hallarda da kredit verilməsi ehtimalı yüksək deyil.

Təqaüd kartının həmin banka aid olmasına baxmayaraq, müştərinin əvvəlki kreditinin problemli olması və borcun icra yolu ilə tutulması bank üçün ciddi risk yaradır. Bank həmin şəxsin ödəniş qabiliyyətini aşağı qiymətləndirə və kredit verməkdən imtina edə bilər.

Digər tərəfdən, kredit məlumatları MKR-də ( Mərkəzləşdirilmiş Kredit Reyestri ) əks olunduğuna görə, digər banklar da müştərinin əvvəlki kredit öhdəlikləri barədə məlumat əldə edə bilirlər.

Müştərinin kredit tarixçəsində problemli kreditin olması və borcun məhkəmə və icra mexanizmi vasitəsilə ödənilməsi onun kredit skorinqinə də mənfi təsir göstərə bilər.

Nəticə etibarilə, şəxs borcunu tam şəkildə bağlasa belə, bu, avtomatik olaraq onun dərhal yeni kredit ala biləcəyi anlamına gəlmir. Banklar əvvəlki kredit tarixçəsini, borcun necə ödənildiyini, müştərinin gəlirini, ödəniş qabiliyyətini və ümumi risk göstəricilərini nəzərə alırlar. Bu səbəbdən belə müştərilərin, xüsusilə digər banklardan yeni kredit almaq ehtimalı kifayət qədər aşağı olur”, - deyə ekspert fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

End of content

No more pages to load

RADİO