Evlənəndə deyil, ayrılanda YADA DÜŞÜR – Boşanmalarla bağlı YENİ QAYDA GÜNDƏMDƏ

“Son illərdə boşanmaların sayı durmadan artır. Bu prosesin qarşısını almaq üçün cəmiyyətdə müxtəlif təkliflər səslənir. Həmin təkliflərdən biri də mediasiyaya psixoloqların cəlb edilməsidir”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində psixoloq Gülnar Orucova deyib.


O, təəssüflə bildirib ki, ölkəmizdə evlənəndə yox, boşananda psixoloq yada düşür:

“Halbuki əksər ölkələrdə evlənməmişdən qabaq cütlük psixoloqa gedir. Onların bir-birinə uyğunlaşması, xasiyyətlərinin üst-üstə düşmə imkanları psixoloq tərəfindən öyrənilir. Bu da normaldır. Çünki belə addımlar gəncləri sonrakı peşmançılıqdan qoruyur. Psixoloq ən azından gənclərə 5 ildən və yaxud 15 ildən sonra onları hansı sınaqların gözlədiyini izah edir. Bununla da gənclər bir növ gələcək çətinlikləri gözə almış olurlar”.

Psixoloq boşanmanın qarşısını ala bilərmi?

Müsahibimiz hesab edir ki, bir münasibər boşanmaya qədər gəlib çıxırsa, onu geri döndərmək çox çətindir:

“Əvvəla ona görə ki, boşanmaların əsas səbəbi xəyanətdir. Xəyanəti isə heç kim yaddaşdan sildirə bilməz. Üstəlik, əgər bir insan birinə “ayrılıram” deyirsə , məhz həmin an onun ruhu qarşı tərəfdən ayrılmış olur. Sadəcə birlikdə keçirdikləri zaman, xatirələr, övladları səbəbilə evlilik bir qədər də uzana bilir. Lakin verilmiş ilkin qərar gec-tez öz sözünü deyir. Ona görə də istər mediasiya, istərsə də məhkəmə prosesində çox nadir hallarda barışıq olur. Müvəqqəti barışıq da çox zaman uzun çəkmir. Ona görə də psixoloqların mediasiyaya cəlb olunması boşanmaları qismən azalda bilər”.

Nə etməli?
 

Gülnar Orucova deyir ki, əvvəllər boşanmalar 3-5 ildən sonra baş verirdisə, indi bu müddət 5-6 aya qədər qısalıb:


“Bəzi cütlük hətta bir neçə aydan sonra boşanır. Bu da onu göstərir ki, bir çox cütlük ailəyə müqəddəs prizmadan yox, şəxs düşüncülərindən yanaşırlar. Əksər boşananların də əsas arqumenti bu olur: “xasiyyətimiz tutmadı”. Bax, psixoloq bu faktoru aradan qaldırmaqda müəyyən mənada tərəflərə yardımçı ola bilər. Təbii ki, bu nikahdan əvvəl olarsa...  

Çünki izdivaca girən insanlar bir-birlərini yaxşı tanımalıdırlar. Məsələn Yaponiyada nişanlı gənclər nikahdan qabaq 2-3 ay birgə yaşayırlar. Bu sınaqdan uğurla çıxan cütlüklər rəsmi nikaha girirlər. Məncə, bizdə də nişanlı gənclərə bir-birlərini tanımaq fürsəti verilməlidir. Nikaha, toya tələsmək lazım deyil.

Digər tərəfdən cütlük uşağın olmasına da tələsməli deyil. Yaxşı olar ki, yeni qurulmuş ailə ən azı 3 ildən sonra uşaq barədə düşünsün. Çünki boşanmalardan ən çox əziyyət çəkən uşaqlardır. Bir çox hallarda boşanmalar uşaqlarda elə bir travma yaradır ki, onun nəticəsi gələcək illərdə çox ağır olur. Yaxşı olardı ki, evlilikdən dərhal sonra uşaq dünyaya gətirənlərin gələcəkdə aliment mübahisəsinə məhkəmələr baxmasın. Belə olarasa, cütlüklər bir qədər məsuliyyətli olarlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

End of content

No more pages to load

RADİO