Zaqatalada ağır yol qəzası olub.
Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ-2199"un sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb. Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir.
Məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media