Gəncə-Kəlbəcər yolunda qəza baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl-Kəlbəcər avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.
"KamAZ" markalı yük avtomobiliinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın iri gövdəli ağaca çırpılıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu