Soyuq çaya və yeməyə görə şişi qızdırıb arvadına "dağ basdı" - Yardımlıda DƏHŞƏT

Yardımlıda arvadına işgəncə verən ər həbs olunub.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Abasabad kəndində baş verib.
 

İttiham aktına görə, 31 yaşlı Elçin Mütəllibov (şərti adla) yeməyin hazır olmamasını bəhanə edərək, qeyri-rəsmi şəkildə bir yerdə yaşadığı zərərçəkən Gülnarı (şərti adla) təhqir edib və yumruqla sol qaş nahiyəsinə zərbə vurub.


Həmçinin günlərin birində arvadının soyuq çay gətirdiyini əsas gətirərək şişi odun sobasında qızdırıb və qadının qoluna və baldırına “dağ basıb”.

İttihama əsasən, Elçinin cinayətləri bununla bitməyib. Onun növbəti qanunsuz əməli Gülnarən çayı gec gətirməsi səbəbilə baş verib. Bu dəfə Elçin şalvarının kəməri ilə Gülnarın sol qoluna vuraraq, xəsarətlər yetirib.

Faktla bağlı Elçin Mütəllibov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə işgəncə verməklə törədildikdə) cinayət işi başlanıb.

Zərərçəkmiş şəxs ifadəsində göstərib ki, təqsirləndirilən şəxs ilə qohumdurlar. Onun üçün bir neçe dəfə elçi gəlsələr də atası razı olmayıb:

“Sonra isə Elçinlə könüllü qaçmışam. Bir gün aramızda yaranmış narazılıqdan sonra yaşadığımız evin 2-ci mərtəbəsinə çıxdıq. Elçin mənə, yola getməməyimiz barədə kənddə söhbət gəzdiyini bildirdi, mən isə belə bir şey eşitmədiyimi dedim. Bu zaman Elçin məni yumuruqla vurdu, zərbədən qaşım və burnum qanadı.
 

Xatırlamadığım bir gündə Elçinə çay apardım, lakin o, çayın soyuq olduğunu bildirdi. Bundan sonra evin 2-ci mərtəbəsinə çıxdım, Elçinlə anası 1 ci mərtəbədə qaldı. Həmin vaxt qayınanam Elçinə dedi ki, arvadından xəbərin var, gündə biri ilə telefonla danışır.


Elçin 2-ci mərtəbəyə yanıma gəldi və anasının dediklərini məndən soruşdu. Mən də and içərək belə bir şey olmadığını bildirdim. Bu zaman Elçin evin arxasına keçərək, manqalın üstündə olan şişi götürüb yanıma qayıtdı, başımda olan yaylığı açıb ağzıma bağladı. Şiş ilə sağ qol və sol baldır nahiyələrimə xəsarət yetirdi. Həmin gün o, vəziyyətdə qaldım. Ağzımı açandan sonra isə ağlayıb 1-ci mərtəbəyə qaynanamın yanına getdim, lakin qayınanam dediklərimə məhəl qoymadı.

Bir gün yenə çayı soyuq gətiribsən səbəbi ilə Elçin şalvarın kəmərlə və yumuruqla məni vurmağa başladı”.

Zərərçəkənin sözlərinə görə, həmin gün qayıananası onu ərinin əlindən alıb. Sonra evdən qaçaraq, atasının əmisi oğlugilə gedib və ondan atasına xəbər verməsini istəyib. Daha sonra atası gələrək, qızını öz evinə aparıb. Gülnar bildirib ki, şikayətdən sonra polis əməkdaşları gəlib. Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı müddətdə Elçin ona heç vaxt hörmətlə yanaşmayıb. O, dediklərini nəzərə alaraq Elçin Mütəllibov barəsində azadıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs isə deyilənlərin böhtan olduğunu iddia edib. Onun sözlərinə görə, Gülnarla aralarında söz-söhbət olsa da, arvadı özü qaçıb evlərinə gedib:

“Gülnarın üzərindəki xəsarətləri mən yetirməmişəm. İzahatımda da bunu bildirmişəm. Birgə yaşadığımız müddətdə Gülnara hər hansı fiziki və psixi təzyiq göstərməmişəm. Belə bir şey olsaydı qonşuların və ya qohumların da məlumatı olardı. Aramızda olan narazılıq Gülnarın mənimlə birlikdə yaşayan 1-ci qrup əlil bacımdan iyrənməsindən başlayıb. Gülnara yaxın qohumları təsir edir ki, məndən ayırsınlar. Gülnara deyirlər ki, səni pullu şəxsə verəcəyik”.

Elçin qeyd etdiklərini nəzərə alaraq əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
 

Lakin məhkəmə təqsirləndirilən şəxsin ifadələrinə tənqidi yanaşıb və hesab edib ki, həmin ifadələr işin faktiki hallarına uyğun gəlmədiyindən və məhkəmə istintaqında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla təkzib edildiyindən özünü müdafiə xarakteri daşıyır.


Təqsirləndirilən şəxsin barəsində elan edilmiş ittiham üzrə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz.

Məhkəmənin qərarı ilə Elçin Mütəllibov 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

End of content

No more pages to load

RADİO