Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

Qəbul imtahanlarında son illər tətbiq olunan yeniliklərdən biri də situasiya tipli tapşırıqlardır. Ənənəvi test suallarından fərqli olaraq, bu tapşırıqlar abituriyentdən yalnız yadda saxladığı məlumatı deyil, verilən mətn, mənbə və ya hadisəni təhlil edərək məntiqi nəticə çıxarmağı tələb edir. Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanı modelində açıq tipli, mətn və situasiya əsasında hazırlanan tapşırıqlardan istifadə olunur. Bu sualların qiymətləndirilməsi isə xüsusi meyarlar əsasında aparılır və yazılı cavabların yoxlanılması müəyyən vaxt tələb edir.

Lakin situasiya suallarının tətbiqi ilə bağlı bəzi tərəddüdlər var. Bəzi ekspertlər hesab edir ki, bu tip tapşırıqlar şagirdin düşünmə və təhlil bacarığını ölçmək baxımından faydalıdır. Digər tərəfdən isə cavabların insan amili ilə qiymətləndirilməsi ilə bağlı suallar yaranır.

Bəs situasiya sualları necə yoxlanılır və bu qiymətləndirmə mexanizmi nə dərəcədə ədalətlidir?

Situsiya suallarının qiymətləndirilməsi ilə bağlı müzakirələrdə məktəb müəllimləri, repetitorlar fəal iştirak edərək yeni bir mexanizm üzərində işləməyi təklif edirlər. Onlardan biri də tarix müəllimi Kamran Şeyxzamanlıdır. O, mövzu barədə Bizim.Media-ya danışarkən DİM-in bu sahədə çox müsbət işlər gördüyünü bildirdi:

“Situasiya tapşırıqları 2019-cu ildə tətbiq olunmağa başladı. 2020-ci ildə isə ali məktəbə qəbul imtahanlarının nəticələrinə baxanda görürük ki, 30 sualdan bir nəfər 100 faiz, 4 nəfər isə 95 faiz nəticə göstərib. Səbəb də ondan ibarətdir ki, həmin situasiya sualları əllə yoxlanılır. Əllə yoxlama zamanı balın kəsilməsi halları baş verə bilir. Bunun bilərəkdən edilib-edilmədiyini demək düzgün olmaz. Amma digər tərəfdən, uşaqların əlində konkret bir mənbə də yoxdur ki, həmin tapşırıqları necə yazmalı olduqlarını dəqiq bilsinlər”.

K.Şeyxzamanlı vurğuladı ki, situasiya tapşırıqlarında sadəcə DİM-i günahkar çıxarmaq doğru olmaz. Lakin nəzarət mexanizmi dəyişdirilə bilər.

“DİM bu istiqamətdə kifayət qədər iş görüb. Marker müəllimlər bu prosesə cəlb olunurlar. Onlara ödəniş edilir və həmin müəllimlər sualların yoxlanılmasını həyata keçirirlər. Bundan əlavə, bir sualı iki müəllim yoxlayır. Əgər iki müəllimin qiymətləndirməsi üst-üstə düşürsə və eyni bal verilirsə, həmin bal abituriyentin nəticəsinə əlavə olunur. Əgər qiymətləndirmələr fərqli olarsa, sual üçüncü şəxs tərəfindən yoxlanılır və son qərar əsas götürülür. Səhv qiymətləndirmə edən müəllimə isə mənfi xal verilir və həmin müəllim sistemdən uzaqlaşdırılır”.

Mütəxəssis deyir ki, bu, ədalətli və maraqlı sistem olsa da, mənfi tərəfi də var. Müəllimlər qiymətləndirmədə mənfi xal almaqdan ehtiyat etdikləri üçün bəzən riskə gedib yüksək bal vermirlər. Bu da sistemin çatışmazlıqlarından biridir.

K.Şeyxzamanlının sözlərinə görə, situasiya suallarının qiymətləndirilməsinə görə, abituriyentin hər hansı fəndən 100 faiz nəticə əldə edib-etmədiyini, bütün suallara düzgün cavab verib-vermədiyini əvvəlcədən bilmək mümkün olmur. Çünki nəticə müəyyən qədər qiymətləndirən müəllimlərin yanaşmasından asılı olur. Bəzən qarışıq hallar da olur: gözləmədiyin cavaba bal verilir, gözlədiyin cavab isə qiymətləndirmədən kənarda qala bilir.

Müsahibimiz bununla bağlı xeyli sayda apellyasiya şikayətinin mövcud olduğunu vurğuladı:

“Apellyasiya şikayətləri ilə bağlı da müəyyən nümunələr var. Bu il üç apellyasiya şikayətimiz təmin olunub. Həmin şagirdlərdən birinin balı 600-dən 623-ə, digərinin 550-dən 553-ə, digərinin isə 593-dən 597-yə yüksəlib. Biz apellyasiyaya müraciət etməsəydik, uşaqların balı aşağı qalacaqdı. Halbuki qəbul prosesində bir bal belə nəticəni dəyişə bilər. Bir çox şagird isə mövcud balının azalacağından qorxduğu üçün apellyasiyaya müraciət etmir. Sual yaranır: necə olur ki, 2-3 müəllim yoxlayır, amma daha doğru qərar apellyasiya mərhələsində verilə bilir? Elə şagirdlər var ki, məhz bu qiymətləndirmə səbəbindən daha yüksək nəticə əldə edə bilməyib”.

Müəllimlər cavabları yoxlayarkən qərar verməkdə çətinlik çəkirlər

Mütəxəssisin sözlərinə görə, bəzən müəllimlər də cavabları yoxlayarkən qərar verməkdə çətinlik çəkdiyindən bir neçə müəllim nəticəni birlikdə müzakirə etməli olur:

“Cavablar açıqlananda həmin sualların qiymətləndirmə meyarları da təqdim olunur. Həmin meyarlarda hansı cavablara bal veriləcəyi göstərilir. Bəzən görürsən ki, şagirdin cavabı meyarın mahiyyətinə, məzmununa uyğundur, amma cümləni fərqli şəkildə qurub. Bəzən isə yoxlayan şəxs mahiyyətə deyil, yalnız meyarın formasına diqqət edir. Cavab həmin formada yazılmayıbsa, səhv qiymətləndirilə bilir.
 

Bir sözlə, bunu 100 faiz ədalətli sistem adlandırmaq çətindir. Yəni insan amili olduğu müddətdə tam səhvsiz sistem mümkün deyil. Əgər 7 apellyasiya müraciətindən 3-ü təmin olunubsa, statistika açıqlansa, nəticəsi dəyişənlərin sayının daha çox, minə yaxın olduğunu görə bilərik”.


Qeyd edək ki, qəbul imtahanlarında istifadə edilən situasiya suallarının ümumilikdə, təxminən, 72 bal hesablanır. Kamran Şeyxzamanlı bu sahədə ilk dəfə həmkarı Emil Ağayevlə birgə “Azərbaycan və Ümumi tarix fənləri üzrə Situasiya tapşırıqları” adlı kitab yazıb nəşr etdiklərini diqqətə çatdırdı.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə 62 yaşlı kişini "tok" öldürdü

Şəmkirdə 62 yaşlı kişini "tok" öldürdü

Azərbaycanda 8 gün iş olmayacaq

Azərbaycanda 8 gün iş olmayacaq

“Bu xəbərə çox üzüldüm“

“Bu xəbərə çox üzüldüm“

Messiyə görə 1 dəqiqəlik sükut olacaq

Messiyə görə 1 dəqiqəlik sükut olacaq

Qaxda 47 yaşlı qadını ilan sancdı

Qaxda 47 yaşlı qadını ilan sancdı

Referendum, Konstitusiya və İrəvanın mürəkkəb hesablamaları

Referendum, Konstitusiya və İrəvanın mürəkkəb hesablamaları

Azərbaycan imzası ilə SÜLH: Tarixi sammitdən yanacaq və tranzit yüklərə qədər

Azərbaycan imzası ilə SÜLH: Tarixi sammitdən yanacaq və tranzit yüklərə qədər

Gəncədə yaşayış evi yandı - FOTO

Gəncədə yaşayış evi yandı - FOTO

Şair Çingiz Əlioğlu vəfat etdi

Şair Çingiz Əlioğlu vəfat etdi

Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI

Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI

Sabah dənizə getmək istəyənlərin nəzərinə!

Sabah dənizə getmək istəyənlərin nəzərinə!

Cənubi Qafqazı dəyişən bir il - Qarşıdakı əsas vəzifə sülh sazişinin imzalanmasıdır

Cənubi Qafqazı dəyişən bir il - Qarşıdakı əsas vəzifə sülh sazişinin imzalanmasıdır

Bakıda qəza: "Hyundai" əks yola düşdü - VİDEO

Bakıda qəza: "Hyundai" əks yola düşdü - VİDEO

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Bakı Dövlət Universitetinin professoru vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin professoru vəfat etdi - FOTO

Sumqayıtda yaşayış binasında yanğın söndürüldü, 6 sakin təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın söndürüldü, 6 sakin təxliyə edildi - VİDEO

Mehr agentliyi Mucətabə Xameneinin VİDEOSUNU yayımladı

Mehr agentliyi Mucətabə Xameneinin VİDEOSUNU yayımladı

Bir il sonra görünən deyil, görünməyən DƏYİŞİKLİKLƏR

Bir il sonra görünən deyil, görünməyən DƏYİŞİKLİKLƏR

Niyə ilk zəng edən Tramp oldu? - Vaşinqton görüşündən sonrakı ilin yekunları

Niyə ilk zəng edən Tramp oldu? - Vaşinqton görüşündən sonrakı ilin yekunları

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

Türkiyə mətbuatı: “Müasir şəhərlərin belə həsəd aparacağı möhtəşəmlik! Qarabağ yenidən dirçəlir”

Türkiyə mətbuatı: “Müasir şəhərlərin belə həsəd aparacağı möhtəşəmlik! Qarabağ yenidən dirçəlir”

Azərbaycan sülh prosesini daha çox danışaraq deyil, əməli addımlarla irəlilədir

Azərbaycan sülh prosesini daha çox danışaraq deyil, əməli addımlarla irəlilədir

Tehranın yaxınlığındakı zavodda yanğın: 1 ölü, 5 yaralı var - VİDEO

Tehranın yaxınlığındakı zavodda yanğın: 1 ölü, 5 yaralı var - VİDEO

End of content

No more pages to load

RADİO