Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

“1993-cü ilin mart ayının 31-də ermənilər Kəlbəcərə hücum edəndə biz aralarında qadın da, uşaq da, yaşlı da olmaqla 21 nəfər kənd sakini “Kamaz”ın üstündə Gəncəyə qaçmağa çalışırdıq. Hamısı qohumlar idi. O zaman artıq rayonda atəş səsləri gəlirdi, deyirdilər ki, ermənilər hamını gülləbaran edirdi. Biz həmin bu dəhşətli hadisələrə şahidlik edən tunelə çatanda ermənilər bizim maşına da atəş açmağa başladılar. Bizdən qabaq da qonşu kənddən olan "Qaz 53" yük avtomobilini gülləbaran etmişdilər. Təxminən 3 saat atışma davam etdi”.

Bu sözləri Bizim.Media-nın yerli bürosuna açıqlamasında Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən əsir götürülən Çorman kənd sakini, Azər Cəlil oğlu Quliyev deyib.

Onun sözlərinə görə, həmin vaxt “Kamaz” da 21 nəfər arasında onunla birgə 3 qardaşı və iki bacısı olub:

“Maşında bizim ailədən 6 nəfər var idi. Mənimlə bərabər iki qardaşım və bir bacımı ermənilər əsir götürdülər. O biri iki qardaşımız və bacımızdan isə bu gün də xəbər yoxdur. Onlar həmin vaxt itkin düşdülər. Biz 3 ay əsirlikdə qaldıqdan sonra Qırmızı Xaç cəmiyyətinin xətti ilə bizi dəyişdilər. Amma qardaşlarım və bacımızdan bu gün də bir xəbər yoxdur” deyə o günlərin canlı şahidi əlavə edib.

Azər Quliyev o dəhşət dolu günləri böyük acı ilə xatırlayır:

“Bilirsiniz, o günləri bu gün yada salmaq belə çox ağrılıdır. Həmin gün bizdən başqa daha 4 maşını da ermənilər həmin tuneldə gülləbaran etdilər. Onların arasında ölənlər də oldu, əsir götürülənlər də. Təkcə biz gəldiyimiz maşında 21 nəfərdən 14 nəfəri elə oradaca şəhid oldu, mən də daxil olmaqla 7 nəfəri isə əsir götürmüşdülər”, - deyə Quliyev əlavə edib.

Əsirlikdə olduqları günləri xatırlayanda Azər Quliyevin gözləri doldu. O 3 ayı yaşadıqları dəhşəti heç yada salmaq istəmir:

“Əsirlikdə bizə çox zülm etdilər. Hər gün bizi döyürdülər, işgəncələr verirdilər. Yanımızda bizim əsgərləri, bizim soydaşlarımıza olmazın dəhşətini yaşadırdılar. Qırmızı Xaç Cəmiyyəti bizi qeydiyyata aldıqdan sonra vəziyyət bir az dəyişdi”.

Bütün çəkdikləri zülmə, yaşadıqları işgəncələrə baxmayaraq Azər Quliyev hazırda çox qürurludur:

“Mən də, doğma torpaqlarından didərgin düşən bütün qaçqın və məcburi köçkünlər də Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza, canı-qanı bahasına torpaqlarımız azad edən şəhidlərimizə minnətdarıq. Hazırda torpaqlarımız azaddır. İstədiyimiz vaxt doğma kəndimizə gedib-gələ bilirik. Şəhidlərimizin, doğmalarımızın qəbirlərini ziyarət edə bilirik. Bu gün Kəlbəcər də daxil olmaqla bütün işğaldan azad olunan torpaqlarımızda, Qarabağımızda quruculuq-abadlıq işləri gedir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında hamımız öz doğma yurdlarımıza qayıdacağıq” deyə Azər Quliyev əlavə edib.






Məqsəd Rəhimov Bizim. Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Azərbaycan DÜNYA REYTİNQİNDƏ: 42 gün ödənişli istirahət

Azərbaycan DÜNYA REYTİNQİNDƏ: 42 gün ödənişli istirahət

Rubio Avropanı “oyanmağa” ÇAĞIRDI

Rubio Avropanı “oyanmağa” ÇAĞIRDI

Dünya ikincisi: “Rəqibimdən zəif idim, başqa heç bir səbəb yoxdur”

Dünya ikincisi: “Rəqibimdən zəif idim, başqa heç bir səbəb yoxdur”

Fransa-İran arasında GƏRGİNLİK: İranlı səfir XİN-nə çağırıldı

Fransa-İran arasında GƏRGİNLİK: İranlı səfir XİN-nə çağırıldı

Zaur Rzayevə yüksək vəzifə verildi

Zaur Rzayevə yüksək vəzifə verildi

Kollecdə DƏHŞƏT: Tələbə bıçaqla 9 nəfəri yaraladı - VİDEO

Kollecdə DƏHŞƏT: Tələbə bıçaqla 9 nəfəri yaraladı - VİDEO

“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

“Liverpul”un futbolçusu sıradan çıxdı

“Liverpul”un futbolçusu sıradan çıxdı

Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı

Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı

Telefon və planşet uşaqların inkişafını kasıblıqdan daha çox ləngidir - XƏBƏRDARLIQ

Telefon və planşet uşaqların inkişafını kasıblıqdan daha çox ləngidir - XƏBƏRDARLIQ

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

End of content

No more pages to load

RADİO