Ülkər Məmmədova Azərbaycan vətəndaşlığından məhrum edilməlidir?

Məlum olduğu kimi, Türkiyədəki Ankara terrorunda adı keçən azərbaycanlı Ülkər Məmmədovanın başına pul mükafatı qoyulub. Türkiyə DİN-i bir sıra təhlükəli terrorçu ilə yanaşı, Ü.Məmmədova ilə bağlı da pul mükafatı elan edib ki, bu mükafatların toplam miqdarı bu qurumun büdcəsinin 12%-ni təşkil edir.

Ü.Məmmədovanın adının Ankara terrorunda hallanması Azərbaycanda ciddi narahatlıqla qarşılanıb. Buna səbəb baş verən olayın Türkiyə-Azərbaycan arasında etimadsızlığa, iki toplum arasında qarşılıqlı inamın sarsılmasına səbəb ola biləcəyi ilə bağlıdır. Məhz bu səbəbdən Ü.Məmmədovanın Azərbaycan vətəndaşlığından məhrum edilməsi bir çoxları tərəfindən daha məqsədəuyğun hesab edilir. Baxmayaraq ki, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məsələ ilə bağlı açıqlamasında Ankarada törədilmiş partlayışla bağlı şübhəli şəxs kimi axtarılan Ülkər Məmmədovaya qarşı Azərbaycanda cinayət təqibinin aparılmayacağını bildirib və bunu Ü.Məmmədovanın Türkiyədə oturmaz izninə malik olması ilə izah edib:

“Ülkər Məmmədova Türkiyəyə oturma izni ilə gəlib, uzun müddətdir ailə qurub, Türkiyədə yaşayıb, uşağı var. Onun Türkiyədə törətdiklərinə görə Azərbaycanxa0məsuliyyət daşımır. Amma onunla bağlı aparılan iş nəzarətimizdə olacaq”x9d - deyə baş konsul bildirib. Türkiyə mətbuatı 100-ə yaxın insanın ölümü ilə nəticələnmiş partlayışa görə 21 nəfərin axtarıldığınadair məlumat yayıb. Axtarılan şəxslərdən biri Ülkər Məmmədova adlı bir qadındır”x9d.

Məlumat üçün qeyd edək ki, Milli Məclisin ötən ilin 4 dekabr tarixində keçirilən iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişiklik edilib. Məlum dəyişiklik ekstremist fəaliyyətlə məşğul olanların Azərbaycan vətəndaşlığını itirməsini nəzərdə tutur. Azərbaycan vətəndaşları ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, terror fəaliyyətinə yönəldilmiş hərəkətlərinə görə vətəndaşlıqlarını itirə bilərlər.

Bundan başqa, Azərbaycan vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması vətəndaşlığının itirilməsi ilə nəticələnir.

Maraqlıdır, məlum maddə və ya Türkiyə-Azərbaycan münasibətlərinin həssaslığını nəzərə alaraq Ü.Məmmədovanın Azərbaycan vətəndaşlığından məhrum edilməsi reallaşmalıdırmı? Ümumiyyətlə, terror fəaliyyəti ilə məşğul olan bir şəxsin vətəndaşlıqdan məhrum edilməsi nə dərəcədə məntiqli addımdır?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov məlum dəyişiklik haqında məlumatsız olduğunu vurğulasa da, bu yanaşmadakı qeyri-məntiqi məqamlara diqqət çəkdi:

Doğrusu belə bir dəyişikliyin möcudluğunu izləmək imkanım olmayıb. Belə bir dəyişikliklə tanışlığım yoxdur. Əgər belə bir qanun varsa belə, həmin şəxs vətəndaşlıqdan məhrum olunmayıbsa, onda hələ ki, Azərbaycan vətəndaşı sayılır. Yalnız vətəndaşlıqdan məhrum olunandan sonra o, vətəndaşlıqdan çıxarılmış sayılır. O halda onun haqqında sabiq Azərbaycan vətəndaşı kimi danışıla bilər. Yəni qeyd edilə bilər ki, bu şəxs vaxtiylə Azərbaycan vətəndaşı olub. Yəqin ki, bu gün də həmin şəxs üzərində Azərbaycan vətəndaşlığına dair sənəd gəzdirir”x9d.

Ə.Kərimovun sözlərinə görə, terrorçunun vətəni olmur və bu həqiqət əsla unudulmamalıdır:

“Nə cinayətkarın, nə də terrorçunun vətəni olmur. Terrorizm cinayətkarlığın ən ağır formalarından biridir. Buna görə də terrorçunu hansısa yer və ya millət adı ilə əlaqələndirmək doğru deyil. Şəxsən mən belə yanaşmanı qəbul etmirəm. Hər millətdən terrorçu da, cinayətkar da çıxa bilər.

Hansısa terroristin ölkə vətəndaşlığından çıxarılmasına gəlincə, bu da bir qədər mübahisəli məsələdir. Çünki həmin şəxsin həqiqətən də terrorist olduğunu ancaq məhkəmə qərarı ilə sübut edə bilərlər. Bu hökm qanuni qüvvəsini almalıdır ki, dövlət onu vətəndaşlıqdan çıxarsın. Belə bir addımın atılmasında məqsəd nədir? Əgər məqsəd bu yolla kimisə qorxudub bu cür əməldən çəkindirməkdirsə, bu, o qədər də məqbul variant deyil.

Əgər kimsə Azərbaycan vətəndaşlığından imtina etmək istəyirsə, Azərbaycan vətəndaşı olmaq istəmirsə, həmin şəxs vətəndaşlıqdan çıxarıla bilər. Bu, tamam başqa bir şeydir. Ola bilsin ki, kimsə hansısa terrorçu dəstəyə özündən asılı olmayan səbəblərdən ”“ aldadılaraq, şantaj edilərək və ya digər səbəblərdən qoşulsun. Onda belə çıxır ki, onları da vətəndaşlıqdan çıxarmalıyıq?”x9d

Hüquqşünas son vaxtlar Azərbaycanda valideynlərin övladdan, övladın valideyndən imtinası kimi halların da məntiqsiz olduğunu vurğuladı:

“Bu, son vaxtlar Azərbaycanda müşahidə edilən bir qəribəliyi yada salır. Valideynlər övladlarından imtina edirlər. Səbəb kimi də övladlarının hakimiyyəti tənqd edən fikirlər səslədirdiyi, məqalələr yazmasını göstərirlər. İndi sizdən soruşuram, valideynin övladından imtina etməsi ilə nə dəyişir? Axı həmin şəxs irsi olaraq bu valideynin övladıdır. Bu, məsələnin əxlaqi tərəfidir əxlaqi tərəflə isə qanuni tərəf heç vaxt üst-üstə düşmür. Əgər bir şəxs ən ağır cinayətə yol veribsə və valideyn də buna görə öz övladından imtina edirsə, 1937-ci ildəki kimi ondan üz döndərirsə, bununla nə dəyişir ki? Yenə ata-ata, oğul-oğuldur.

Bu gün Şərq dünyasında bir-birinə qarşı duran qüvvələr var. Onların ikisi də “Allahu Əkbər”x9d deyir. Qaçan da, qovan da Allahı çağırır. Hesab edirəm ki, kimisə vətəndaşlıqdan çıxartmaqla, terrorizmə qarşı mübarizə aparmaq mümkün deyil. Terrorizmə qarşı mübarizə aparmağın daha effektli yolları mövcuddur. Terrorizmin inişafını əngəlləmək, bu inkişafa yol açan amillərə qarşı mübarizə aparmaq daha məqsədəuyğundur. Bu, daha çox fayda verər. Bu gün terrorçuları vətəndaşlıqdan çıxardaq, sabah vəhabiləri azad edək, o birsi gün digərlərini vətəndaşlıqdan məhrum edək ”“ onda kim qalacaq ki ortada?”x9d

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Kiyev yaxınlığında sursat anbarında baş verən partlayışın daha bir VİDEOSU yayıldı

Kiyev yaxınlığında sursat anbarında baş verən partlayışın daha bir VİDEOSU yayıldı

Leninqrad vilayətində neft emalı zavodu yanır - VİDEO

Leninqrad vilayətində neft emalı zavodu yanır - VİDEO

Süni intellektin istifadəçilərin nəzarətindən çıxması halları çoxalıb

Süni intellektin istifadəçilərin nəzarətindən çıxması halları çoxalıb

Yoxsulluq beynin həcmini azaldır, orqanizmin qocalmasını sürətləndirir - FOTO

Yoxsulluq beynin həcmini azaldır, orqanizmin qocalmasını sürətləndirir - FOTO

Finlandiya prezidenti: “Rusiyanın nə vaxtsa NATO-ya hücum etmək istəyəcəyinə inanmıram” - VİDEO

Finlandiya prezidenti: “Rusiyanın nə vaxtsa NATO-ya hücum etmək istəyəcəyinə inanmıram” - VİDEO

Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb? - FOTO

Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb? - FOTO

ABŞ hərbi məhkəməsindən 11 sentyabr terror aktları ilə bağlı AÇIQLAMA

ABŞ hərbi məhkəməsindən 11 sentyabr terror aktları ilə bağlı AÇIQLAMA

Ukrayna Krasnodar vilayətində hərbi aerodroma zərbə endirdi - VİDEO

Ukrayna Krasnodar vilayətində hərbi aerodroma zərbə endirdi - VİDEO

Qaxda meyvə yığan Şəki sakinini ilan sancdı - ÖZƏL

Qaxda meyvə yığan Şəki sakinini ilan sancdı - ÖZƏL

Onlar Moskvada görüşəcək?

Onlar Moskvada görüşəcək?

Tibetdə 261 əcnəbi itkin düşüb

Tibetdə 261 əcnəbi itkin düşüb

Bu gün "Zirə" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Bu gün "Zirə" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Donetskdə ukraynalı hərbi əsirlərə işgəncə verən rəis müavininin avtomobili partladıldı - VİDEO

Donetskdə ukraynalı hərbi əsirlərə işgəncə verən rəis müavininin avtomobili partladıldı - VİDEO

Rusiyanın yeni raketləri Ukraynanın Qara dəniz limanlarını faktiki olaraq bloklayıb - FOTO

Rusiyanın yeni raketləri Ukraynanın Qara dəniz limanlarını faktiki olaraq bloklayıb - FOTO

End of content

No more pages to load

RADİO