Dövlətə Xəyanət Partiyası ləğv edilməlidir!

Azərbaycanda dövlət çevrilişi planı hazırlanıb və bu planı həyata keçirmək üçün müəyyən addımlar atılıb. Bu, sıradan və əsassız bir iddia deyil, Dövlət Təhlükəsizlik Xidmətinin açdığı cinayət işinin predmeti olan, Səbail rayon məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin təqsirləndirilən şəxs kimi barəsində qətimkan tədbiri seçilməsinə rəvac verən, həm dövləti, həm də cəmiyyəti dərindən maraqlandıran son dərəcə ciddi bir məsələdir. Əgər bu ittihamların arxasında yetərincə əsas olmasaydı, əlbəttə, nə DTX kimi peşəkar bir qurum cinayət işi açar, nə də məhkəmə Ramiz Mehdiyevi təqsirləndirilən şəxs qismində ev dustağı edərdi.

Azərbaycanla bağlı bu cür planlar nə birinci dəfədir hazırlanır, nə də ilk dəfədir ifşa olunur. Cəmiyyətimiz ondan da yaxşı agahdır ki, harada, kimin tərəfindən, hansı motivlərlə hazırlanmasından asılı olmayaraq Azərbaycanın mövcud siyasi müxalifəti bu cür planlardan adətən qıraqda qalmayıb.
 

Xatirimizdədir ki, 1995-ci ildə OMON-un mərhum komandiri Rövşən Cavadov qiyam qaldırmışdı. O dönəmlərdə Azərbaycanda sülənən Fərman Dəmirqol isimli bir Türkiyə vətəndaşı- onun MİT agenti olduğu söylənilirdi- Kələkiyə getmiş, eks prezident Əbülfəz Elçibəylə məşvərət aparmışdı. Sonralar prezident Heydər Əliyev hakimiyyəti zorla ələ keçirmək istəyən qüvvələrin Dövlət Şurası yaratmaq və həmin quruma Əbülfəz Elçibəyi Kələkidən, Ayaz Mütəllibovu Moskvadan gətirərək daxil etmək istədiklərini açıqlamışdı. İşin içində Müsavat partiyasının məşhur isimlərindən Tofiq Qasımovun da adı hallanırdı. O, hətta qiyamda iştirakına görə deputat toxunulmazlığından məhrum edildi, həbsxanaya salındı. Elçibəyi Kələkidən, Mütəllibovu Moskvadan gətirməklə qurulacaq Dövlət Şurası, əlbəttə, xalqımızı fəlakətə sürükləyəcək, uzunmüddətli xaos və xuntadaxili qarşıdurmalar nəticəsində bu gün müstəqillik adına öyündüyümüz bütün uğurlardan ölkəmizi məhrum edəcək, Azərbaycan qan gölünə dönəcəkdi.


10 il sonra- 2005-ci ildə ölkəmizdə daha bir çevriliş planı hazırlanmışdı. Hakimiyyətin içindən bir qrup əlaltdan müxalifət partiyaları ilə birləşmiş və “narıncı aksiyalar”a start verilmişdi. AXCP, Müsavat, ADP kimi partiyaların liderləri narıncı köynək və qalstukda tribunalarda kükrəyir, parlament seçkilərinin nəticələrini tanımamaqla hakimiyyət böhranı yaratmaq və yenicə iqtidara gəlmiş İlham Əliyevi “məxməri inqilab” adlandırdıqları kütləvi iğtişaşlarla devirmək istəyirdilər.

İstər Sudandakı kimi Dövlət Şurası, istərsə də Ukrayna və Gürcüstandakı məxməri inqilab projelərinin həmin ölkələri hansı acınacaqlı duruma saldığını rasional bir zəka ilə dəyərləndirən toplumumuz ən azı yuxarıdakı iki olayı yada salaraq sual edir: 

Ramiz Mehdiyevin hazırda hüquq-mühafizə orqanları tərəfindən təhqiq olunan hakimiyyəti zorla ələ keçirmək planında AXCP, Müsavat və 2013-cü ildə Rusiyanın layihəsi kimi formalaşdırılan Milli Şura yer alıbmı?

Bu suala cavab vermək artıq istintaqın işidir və təbii ki, yetərincə məxfi şəkildə qurulan planların təfsilatını yalnız xüsusi xidmət orqanları üzə çıxara bilər. Lakin ictimai-siyasi seqment üçün bir şey dəqiqdir ki, 2013-cü ildə Milli Şuradakıların Rusiyaya yazdığı məktubla Ramiz Mehdiyevin Moskvaya ünvanladığı məktub arasında qayə fərqi yoxdur. O da dəqiqdir və qanuni tələbdir ki, bu dövlətə xəyanət layihəsində yer alan heç bir fiziki və hüquqi şəxs cəzasız qala bilməz.

Siyasi partiyalar hüquqi şəxsdir və onların yaranması Konstitusiyamızın 58-ci maddəsində əks olunan birləşmək hüququna əsaslanır. Lakin birləşmək müəyyən çərçivəsi olan hüquqdur. Belə ki, elə həmin maddədə deyilir:
 

“Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər”.


Konstitusiyanın bu tələbi “Siyasi partiyalar haqqında” qanunda konkret mexanizmə çevrilib.

Sözügedən qanuna görə, bir siyasi partiya qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda, yəni Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd göstərərsə, ləğv olunmalıdır. Ləğv qərarını isə apellyasiya məhkəməsi qəbul edir.

Siyasi partiyaların ləğvi Azərbaycanda gündəmə gəlmiş spesfik məsələ deyil. Qardaş Türkiyədə ölkənin Ana Yasasına zidd fəaliyyətinə görə, “Rifah”, Xalqın Əmək Partiyası, Demokratik Toplum Partiyası kimi siyasi təşkilatlar legitim mexanizmlərlə qapadılıb. İspaniyada Batasuna Partiyası 2003-cü ildə ETA terror təşkilatına dəstək verdiyi üçün bağlandı. Ukraynada 2022-ci ildə Rusiya ilə əlaqələri ortaya çıxan 11 siyasi partiyanın, o sıradan “Həyat naminə müxalifət platforması”nın fəaliyyəti dayandırıldı. Bənzər qərarlar 2020-ci ildə Yunanıstanda, 2023-2024-cü illərdə Moldovada, 2024-cü ildə Rumıniyada da verilib. Dövlətin Ana Yasasına qarşı çıxanların ya təşkilatları ləğv edilib, ya da seçkilərdə iştirakı yasaqlanıb.

Bütün bunlar göstərir ki, suverenliyə, sekulyarlığa, ərazi bütövlüyünə və konstitusion quruluşa qarşı fəaliyyət göstərən siyasi birliklər heç yerdə əfv olunmur.

Bu məqamda Avropa İnsan Haqları Məhkəməsinin 13 fevral 2003-cü il tarixli qərarının 98-ci paraqrafı yada düşür. AİHM qərarında deyilir:
 

“Liderləri zorakılığa çağıran, demokratiyaya hörmət etməyən və ya demokrasiyanı dağıtmağı, demokratik cəmiyyətdə tanınan hüquq və azadlıqları tapdalamağı məqsəd qoyan bir siyasi partiya, bu səbəblərlə tətbiq olunan sanksiyalara qarşı Konvensiyanın qorunmasından yararlana bilməz”.

 

Yeri gəlmişkən, AİHM həmin dava ilə bağlı belə qərara gəlmişdi ki, hakimiyyətin qəsb edilməsinə və demokratik toplumun əsaslarının dağıdılmasına çalışan siyasi partiyaların qapadılması “cəmiyyətin təxirəsalınmaz ehtiyacına cavab verir” və Avropa İnsan Hüquqları Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndi mənasında “demokratik bir cəmiyyətdə zəruri” hesab oluna bilər.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

End of content

No more pages to load

RADİO