Rusiya Azərbaycandan armud idxal edən əsas ölkə olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan” məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan xaricə 3,8 min ton armud ixrac edib. İxracın ümumi dəyəri 2,6 milyon ABŞ dolları təşkil edib.
Məlumata görə, Rusiyanın Azərbaycandan aldığı armudun dəyəri 2 milyon dollardan çox olub və ölkə bu göstərici üzrə birinci yerdə qərarlaşıb. Hesabat dövründə armud ixracının həcmi 2,1 faiz artıb, ixracın dəyəri isə 0,4 faiz azalıb.
Bundan əlavə yerli məhsulumuzu alan ölkələr sırasında ilk beşlikdə Rusiyadan sonra Qazaxıstan, daha sonra Belarus, Ukrayna və Gürcüstan qərarlaşıb.

Bizim.Media