Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Tacikistan Respublikasının mədəniyyət naziri xanım Matlubaxon Sattoriyenin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Mayın 21-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tacikistanlı həmkarı ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə Adil Kərimli ölkəmizdə Tacikistan Mədəniyyəti Günlərinin keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirib. 

Qeyd olunub ki, iki ölkə arasında mədəni-ədəbi əlaqələrin qədim tarixi var. Hazırda dövlət başçılarımız arasında olan dostluq münasibətləri, yüksək səviyyəli qarşılıqlı səfərlər bütün sahələrdə, o cümlədən mədəni əməkdaşlığı daha da möhkəmləndirib.
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Tacikistan nümayəndə heyətinin aktiv iştirakına görə həmkarına minnətdarlığını bildirən nazir ICESCO-nun Azərbaycanda regional nümayəndəliyinin açılması ilə bağlı hazırlıq işləri barədə məlumat verib.

Mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Tacikistanın mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen mədəniyyətin xalqlarımızı yaxınlaşdıran əsas amil olduğunu söyləyib, eyni zamanda iki ölkənin ortaq mədəni dəyərləri bölüşdüyünü diqqətə çatdırıb.

Söhbət zamanı Matlubaxon Sattoriyen iki ölkə arasında incəsənət təhsili sahəsində tələbə mübadiləsinin əhəmiyyətli olacağını qeyd edib.

O, həmçinin gələn il Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi təklifini səsləndirib. Xanım nazir azərbaycanlı həmkarını Tacikistana rəsmi səfərə dəvət edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO