Ötən ay qarşısı alınan erkən evliliklərin sayı açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, sentyabr ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə 6 erkən evlilik halı ilə bağlı məlumat daxil olub.
Məlumata görə, halların hər birinin qarşısı alınıb.
Fəridə, Bizim.Media