Gəncədə ağacın iri gövdəsi qırılaraq avtomobilin üzərinə düşüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, ağacın budağı hərəkətdə olan 10 VH 496 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.
Hadisə zamanı maşın ciddi zərər görsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu