Rusiya ordusu Xarkov şəhərinə aviazərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, zərbələr nəticəsində şəhərin Sloboda rayonunda 2 nəfər ölüb. Daha əvvəl şəhər və vilayət hakimiyyəti Xarkova aviazərbə endirildiyini, nəticədə beşmərtəbəli yaşayış binasının dağıldığını açıqlayıb.
Məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, 39 nəfər yaralanıb. Dağıntılar altında insanların qala biləcəyi bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
İqor Terexov həmçinin Xarkovun Kiyev rayonunda pilotsuz uçuş aparatının yanacaqdoldurma məntəqəsinə düşdüyünü açıqlayıb.
Bizim.Media