“Yaponiya Rusiya ilə münasibətlərin daha da pisləşməsinə səbəb olan düşünülməmiş addımlar atmaqda davam edir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaponiyanın Rusiyaya qarşı 27-ci “sanksiya paketini” elan etməsi ilə bağlı açıqlamasında bildirib.
Zaxarovanın sözlərinə görə, Tokionun Rusiyaya qarşı atdığı dost olmayan addımlar Moskvanın adekvat əks tədbirləri ilə cavablandırılacaq.
O qeyd edib ki, Takaçininin rəhbərlik etdiyi Yaponiya hökumətinin Rusiyaya qarşı tətbiq etdiyi tədbirlər Ukraynada sülhün bərqərar olmasına yaxınlaşdırmır, əksinə, bunun perspektivini uzaqlaşdırır.
Rusiya XİN rəsmisi əlavə edib ki, Yaponiyanın Rusiyaya qarşı yeni sanksiyaları Tokionun xarici siyasət kursunun müstəqil olmadığını bir daha təsdiqləyir.
Bizim.Media