“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

Bakıda son üç gündə hava sanki bir gecənin içində dəyişib. Bir neçə gün əvvəl küçədə nazik geyimlə gəzmək mümkün idisə, indi səhər saatlarında soyuq hava, güclü külək bəzən yağış özünü ciddi şəkildə hiss etdirir. Artıq bəzi paytaxt sakinləri kombini yandırıb, bəziləri isə “hələ tezdir” deyərək gözləyir.

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, oktyabrın ilk günlərində Bakıda temperaturun kəskin enməsi ilə mənzillərdə istilik məsələsi də yenidən gündəmə gəlib.

Mütəxəssislərin fikrincə, kombinin nə vaxt yandırılmasından daha çox, evdə temperaturun və rütubətin hansı səviyyədə saxlanılması əhəmiyyətlidir. Xüsusilə yağışlı və rütubətli havalarda mənzilin uzun müddət soyuq qalması divarlarda kondensasiya və nəmlik problemini artıra bilər.

Həkimlər də qeyd edir ki, yüksək rütubət və kifayət qədər havalandırmanın olmaması evlərdə kif, bakteriya və digər bioloji çirkləndiricilərin yaranmasına şərait yarada bilər. 

Bu baxımdan kombini mümkün qədər gec yandırmaq daha qənaətlidir yanaşması hər mənzil üçün doğru deyil. Əgər ev artıq həddindən artıq soyuyursa, xüsusilə xarici divarlarda və pəncərə ətrafında nəmlik yaranırsa, istiliyi tamamilə söndürmək əvəzinə mənzildə sabit və komfortlu temperatur saxlamaq daha məqsədəuyğundur.
 

Eyni zamanda, istilik sistemi işləyərkən otaqları qısa müddət havalandırmaq da vacibdir. Bakıda mənzillərin istilik məsələsində bina tipinin də böyük rolu var.


Yeni tikililərin əksəriyyətində mənzil daxilində fərdi kombi sistemi və radiatorlar quraşdırılır. Bu halda sakin istiliyin vaxtını və temperaturunu özü müəyyən edə bilir. Binanın istilik izolyasiyası da yaxşıdırsa, mənzil daha gec soyuyur və kombinin fasiləsiz işləməsinə ehtiyac azalır.

Köhnə binalarda isə vəziyyət bir qədər fərqlidir. Bir çox binada mərkəzləşdirilmiş istilik sistemi tətbiq olunur və sakinlər istiliyin nə vaxt veriləcəyini fərdi qaydada müəyyənləşdirə bilmirlər.

“Azəristiliktəchizat” ASC-nin məlumatına görə, istilik mövsümü hər il noyabrın 15-dən başlayır və növbəti ilin aprelin 15-dək davam edir. Hazırda qurumun istilik şəbəkəsinə 3800-dən çox yaşayış binası qoşulub.

Bu isə o deməkdir ki, havaların oktyabr ayında qəfil soyuması köhnə binalarda yaşayan sakinlər üçün müəyyən narahatlıq yaradır.

Çünki temperatur aşağı düşsə də, mərkəzləşdirilmiş istilik sistemi hələ işə salınmayıb. Nəticədə sakinlər mənzili elektrik qızdırıcısı, kondisioner və digər fərdi isitmə vasitələri ilə qızdırmağa məcbur qalırlar.
 

Bəs mənzildə kombini gec yandırmaq sağlamlıq və evin vəziyyəti baxımından problem yarada bilərmi?


Mütəxəssislərin fikrincə, burada əsas məsələ kombinin hansı tarixdə yandırılması deyil, mənzildə temperatur və rütubətin hansı səviyyədə olmasıdır. Ev uzun müddət soyuq qaldıqda, xüsusilə yağışlı və rütubətli havalarda divarlarda və pəncərə ətrafında kondensasiya yaranır. Bu isə zamanla nəmlik və kif probleminə səbəb olur.

Yüksək rütubət və kif isə tənəffüs yollarında qıcıqlanma, allergik şikayətlərin artması və xüsusilə həssas insanlarda müxtəlif narahatlıqlar yaradır.

Buna görə də mənzili həddindən artıq soyutmaq və istiliyi yalnız çox üşüdükdən sonra işə salmaq məsləhət görülmür.

Digər tərəfdən, otaqların həddindən artıq qızdırılması da düzgün yanaşma hesab edilmir. Quru hava burun və boğazda quruluq, dəridə quruluq və narahatlıq yarada bilər. Buna görə evdə sabit və komfortlu temperaturun saxlanılması, eyni zamanda otaqların mütəmadi havalandırılması daha məqsədəuyğundur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İti hündürmərtəbədən atan şəxs HƏBS edildi

İti hündürmərtəbədən atan şəxs HƏBS edildi

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

End of content

No more pages to load

RADİO