Azərbaycanlı bloqer Kamran Razmovar Ermənistanın dəmir yolu vaqonlarının vəziyyətini tənqid edərək onları Azərbaycandakı dəmir yolu sistemi ilə müqayisə edib.
Bizim.Media xəbər verir ki, bloqer İrəvanın əsas dəmir yolu vağzalından görüntülər paylaşaraq Ermənistanın sərnişin vaqonlarının vəziyyətini nümayiş etdirib.
Videonu lentə alan şəxs köhnə vaqonları göstərərək onların sərnişin daşınması üçün olduqca yararsız vəziyyətdə olduğunu bildirib: “Bu vaqonlarda hətta kartof da daşımaq olmaz. Amma sərnişin daşıyırlar. Burada 5 dəqiqədən çox otursan, artıq onurğan dağılır”. O, həmçinin Ermənistan dəmir yollarının Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin idarəçiliyində olduğunu xatırladıb.
Bloqer görüntülər vasitəsilə Ermənistanın dəmir yolu ilə Azərbaycan Dəmir Yollarının (ADY) sərnişin daşımaları arasındakı fərqə diqqət çəkərək vurğulayıb ki, ADY-nin müasir tipli vaqonları ilə hətta 36 AZN-ə Tiflisə səfər etmək mümkündür.
Qeyd edək ki, Azərbaycanda son illərdə sərnişin daşımalarında yeni nəsil və daha müasir vaqonlardan istifadə genişləndirilib. Bakı–Gəncə, Bakı–Qəbələ, Bakı–Qazax və digər istiqamətlərdə hərəkət edən qatarlarda sərnişinlərin rahatlığı üçün bütün imkanlar təqdim olunub.
Xüsusilə Bakı–Gəncə və Bakı–Qəbələ istiqamətlərində istifadə olunan müasir qatarlar sərnişinlərə daha komfortlu səfər imkanı yaradır. Bu baxımdan bloqerin nümayiş etdirdiyi köhnə Ermənistan vaqonları ilə Azərbaycanda istismar olunan müasir qatarlar arasındakı fərq diqqət çəkir.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media