Sülhməramlılara SON VİDA – Necə gəldilər, necə gedirlər?

Xəbər verdiyimiz kimi bu gün Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan və Rusiyanın yüksək rütbəli hərbçiləri iştirak edib. 

Beləcə, Azərbaycanda müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlıları vaxtından əvvəl ölkəmizi tərk edib. Məsələnin uğurlu və operativ şəkildə həlli ilk növbədə Azərbaycan diplomatiyasının uğuru və ən başlıcası isə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu faktın özü bir daha sübut etdi ki, Azərbaycan liderinin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikri təsadüfi deyil. 

Siyasətdə uğurlu nəticə qazanmaq üçün hər zaman lazım olan addımları ən doğru vaxtda atmaq mühüm əhəmiyyət təşkil edir. Belə vəziyyətdə isə bəzən zamana ehtiyac duyulur. 

Baxmayaraq ki, bəzi siyasi “marionetka”lar zaman fasiləsini nəzərə almır, publikanın gurultulu alqışlarını daha önəmli sayır. Belə hallarda isə nəticəyə gedən yol daha ağrılı və faciəli olur. Amma düşünülmüş, balanslaşdırılmış və uzaqgörən siyasət hər zaman uğur gətirir.

Gəlin bir anlığa göz önünə gətirək… 

2020-ci ilin 10 noyabrında üçtərəfli Bəyanat imzalananda bəzi “sapı özümüzdən olan baltalar” tez ortaya atıldılar ki, “Qarabağ tək Şuşa deyil. Xankəndi alınmayınca qələbədən danışmaq tezdir”.

Amma həmin kəslər unutdu ki, Ermənistanın işğalı altında olan Kəlbəcər, Ağdam və Laçın rayonları bir güllə atılmadan və şəhid verilmədən geri alındı. Ən əsası 10 noyabr Bəyannaməsi mövcud reallıqda ən ideal variant idi. Məhz bu sənədlə Azərbaycanın Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsindəki birtərəfliyini aradan qaldırdı. Nəticədə son 33 ildə Moskva ilk dəfə Ermənistanı açıq şəkildə müdafiə etməkdən çəkindi. 

Halbuki, Birinci Qarabağ Müharibəsi zamanında Azərbaycan torpaqlarının işğalı Ermənistanın hünəri yox, Rusiyanın siyasi maraqlarının təcəssümü idi. 

Məhz İlham Əliyevin gərgin və səmərəli siyasəti nəticəsində Rusiyanın Cənubi Qafqaz siyasətində radikal dəyişiklik baş verdi. Rusiya əvvəlcə Ermənistanı birtərəfli qaydada müdafiə etməkdən çəkindi. Daha sonra isə Ermənistana öz yerini göstərdi. Bütün bunlardansa ən qazanclı çıxan Azərbaycan dövləti və Azərbaycan xalqı oldu. 
 

Sülhməramlılar gələndən sonra isə…

10 noyabr Bəyannaməsinin imzalanmasından sonra rusiyalı sülhməramlılar Qarabağa gəldi. O zaman bəzi siyasətbazlar yenidən ortaya düşdü. Rusiyanın yenidən Azərbaycanı işğal edəcəyini söylədilər. Amma həmin şəxslər bir daha tələskinliyə və siyasi səhvə yol verdilər. 

Növbəti mərhələdə Azərbaycan Qarabağda tədricən suveren hüquqlarını bərqərar elədi. Amma Rusiya bu prosesə də müdaxilə etmədi, daha çox müşahidəçi qismində çıxış etdi. Nəhayət 2023-cü ilin 19 sentyabrında Azərbaycanın xüsusi xidmət orqanlarının Qarabağda keçirdiyi lokal antiterror tədbirlərini də rəsmi Moskva və sülməramlı kontingentin komandanlığı görməzlikdən gəldi. 

200 ildə Rusiya ilk dəfə Azərbaycanın ermənilərə qarşı haqlı mübarizəsinə bitərəf qaldı.

Bu tarixi bir uğur idi. Bu uğurun memarı isə İlham Əliyevdir. Məhz onun Rusiya dövləti ilə münasibətlərdə müəyyən etdiyi siyasi kurs bu tarixi uğurlara meydan açdı. Nəticədə, bu gün rusiyalı sülhməramlılar gəldiklərindən daha dinc və məmnun şəkildə Azərbaycan torpaqlarını tərk edirlər. İki ölkə rəhbərinin iradəsinə əsasən həyata keçirilən bu tədbirin çoxlarının görüb və dərk edə bilməyəcəyi böyük əhəmiyyəti var. 

Bəs necə olur ki, rus kontingenti heç bir problem olmadan Azərbaycanı tərk etdi?

Bu suala ən yaxşı cavabı Xəzər Strateji Araşdırmalar İnstitutunun(Rusiya) baş direktoru İqor Korotçenko cavab verib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, əslində bu qərar Rusiya-Azərbaycan əlaqələrində yeni bir səhifə açacaq:

“Bu gün artıq hansısa təxribatın və etnik qarşıdurmanın başvermə ehtimalı tam aradan qalxıb. Ona görə də öz vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirən Rusiya sülhməramlıları geriyə, öz vətənlərinə dönürlər. Çünki Azərbaycan bütün ərazilərində suveren hüquqlarını bərpa edib və heç bir separatizm təhlükəsi  yoxdur. Mövcud reallıqları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimi Putin qərar verdilər ki, sülhməramlılar öz missiyasını layiqincə yerinə yetirdikləri və missiya başa çatdığı üçün geri dönsün. Çox məntiqli bir qərardır”.

Müsahibimiz bir vacib məqama da diqqət çəkib:

“Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması ABŞ və Aİ-nin destruktiv addımlarına və çağırışlarına da ən layiqli bir cavabdır. Təəssüf ki, Qərb birmənalı şəkildə Rusiyanı işğalçı kimi təqdim etmək istəyir. Amma qarşılıqlı anlaşma şəraitində sülhməramlıların Azərbaycandan çıxması bir daha sübut edir ki, Rusiyanın heç bir ölkənin ərazisində gözü yoxdur”.

Təbii ki, rusların Azərbaycanı tərk etməsi Qərbin əl-qolunu bağladı. Çünki Qərb hər zaman rusları qəsbkar və işğalçı kimi təqdim edib. Son 4 ildə dayanmadan deyirlər ki, biz Cənubi Qafqaza gəlməklə region dövlətlərini “rus işğalından azad etmək” istəyirik.
Rusiya ordusunun Azərbaycandan çıxmasından sonra Qərbin bu arqumenti öz effektivliyini itirir. Yəni Qərb gəlməsə belə, Rusiya hansısa ölkəni tərk edə bilər. Sadəcə olaraq, bunun üçün Ukrayna və Ermənistandan fərqli olaraq, səbrli, uzaqgörən və dəqiq hesablanmış siyasət aparmaq lazımdır. Hansı ki, Azərbaycan bunu etməklə yekun nəticədə yenə də qazanan tərəf olmağı bacardı. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Həm müqaviləsi uzanır, həm maaşı artır

Həm müqaviləsi uzanır, həm maaşı artır

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO