“Real”ın yarımmüdafiəçisi Arda Güler Madrid klubu ilə müqaviləsini uzatmaq barədə razılığa gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Yeni müqavilənin 2031-ci ilə qədər nəzərdə tutulduğu bildirilir.
Hazırkı sözləşməsi 2029-cu ilin yayında başa çatacaq türkiyəli futbolçunun “Real”da qalma müddəti daha iki il artırılacaq.
Bildirilir ki, yeni müqavilə ilə Gülerin maaşı da yüksəldiləcək.
Qeyd edək ki, 23 yaşlı futbolçu 2023-cü ilin yayında “Fənərbaxça”dan “Real”a keçib. O, Madrid klubunda bütün turnirlərdə 119 oyun keçirib, 19 qol vurub və 28 məhsuldar ötürmə edib.
Bizim.Media