İsrail hərbçiləri Suriyanın cənub-qərbində yerləşən Beyt-Cin bölgəsinə daxil olaraq kənd təsərrüfatı ərazisində yerləşən tərk edilmiş binanı partladıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası “Əl-İxbariya” məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun hərbçiləri Dəməşqin qərb ətraflarında yerləşən Beyt-Cin ərazisində reyd keçiriblər. Əməliyyat zamanı tərk edilmiş bina partladılıb.
Qeyd edək ki, daha əvvəl Suriya Prezidenti Əhməd əş-Şaraa İsrailin bölgədəki fəaliyyətini tənqid edib. O bildirib ki, davam edən zərbələr və müdaxilələr fonunda ölkənin sabitliyi təhlükə altındadır.

Bizim.Media