Çinlə yaşıl enerji əməkdaşlığının inkişafı müzakirə edilib - FOTO

Energetika naziri Pərviz Şahbazovla “China Energy Engineering Group Co.Ltd” şirkətinin sədri Song Hailiangin rəhbərlik etdiyi və “China Energy International Group Co. Ltd” şirkətinin sədri Lyu Zexiangin da daxil olduğu nümayəndə heyəti arasında görüş keçirilib.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə bərpaolunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq əlaqələrinin inkişafına və COP29 çərçivəsində Çin şirkətləri ilə birgə fəaliyyətə dair müzakirələr aparılıb. 

Çində və qlobal miqyasda energetika və infrastruktur sənayeləri üçün sistematik, inteqrasiya olunmuş, hərtərəfli inkişaf planları və xidmətləri təqdim edən “China Energy Engineering Group Co.Ltd” şirkətinin həyata keçirdiyi layihələr barədə məlumat verilib. Çin şirkətlərinin ölkəmizdə nəhəng bərpaolunan enerji potensialının reallaşdırılması üzrə genişmiqyaslı fəaliyyət sahələrində iştiraka maraq göstərdikləri diqqətə çatdırılıb.

Yaşıl enerji dəhlizləri və interkonnektorlarının yaradılması, yaşıl enerjinin ixracı, yaşıl hidrogen və yaşıl ammonyakın istehsalı-nəqli, həmçinin enerji saxlanc sistemləri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.

Həmçinin Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanmış 2 QVt gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib. 60 MVt və 100 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı görülən tədbirlər və növbəti addımlar nəzərdən keçirilib.

Söhbət zamanı işçi qrupun yaradılması ilə potensial əməkdaşlıq istiqamətləri üzrə təkliflərin dəyərləndirilməsi və nəticədə müvafiq layihələrlə bağlı əməkdaşlıq edilməsi üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi razılaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Həm müqaviləsi uzanır, həm maaşı artır

Həm müqaviləsi uzanır, həm maaşı artır

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

End of content

No more pages to load

RADİO