“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədəsini sağaldıb və İtaliya çempionatının növbəti turunda meydana çıxmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, “Goal” nəşrinin məlumatına görə, futbolçu bu gün komanda ilə ümumi məşqdə iştirak edib.
Onun oktyabrın 10-da doğma meydanda “Parma”ya qarşı keçiriləcək matçda “İnter”in start heyətində yer alacağı gözlənilir.
Qeyd edək ki, Çalhanoğlu sentyabrın 8-də Çempionlar Liqasında “Real”la oyundan (2:1) sonra sağ budunun yaxınlaşdırıcı əzələsindən zədələnmişdi.
Xatırladaq ki, “İnter” 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Bizim.Media