Paşinyan REVANŞ HAZIRLIĞINDA – Baqrat Qalstanyanın “fatihə”si bu tarixdə veriləcək

Ermənistanda yeni “lider” peyda olub - Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan. İndi Ermənistanda hamı ondan danışır. Bəzi revanşistlərsə hətta onun haqqında “tost” deməyə başlayıblər. 

Məsələn, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib ki, “Vətən naminə Tavuş” hərəkatından Baş nazir postuna namizəd arxiyepiskop Baqrat Qalstanyan olmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda aksiyada saxlanılanların sayı 134-ə çatdı - VİDEO


Onun sözlərinə görə, hazırda detalları bilməsə də, düşünür ki, belə də olacaq:

“Çünki bu hökumət müvəqəti olacaq, ola bilsin 1 illik. Bu dövr ərzində bəzi problemlər həll ediləcək, erməni xalqı belini dikəldəcək. Bundan sonra isə ədalətli seçkilər keçirmək mümkün olacaq. Həqiqətən də, bu dövr üçün ən uyğun namizəd bu şəxsdir. Qalstanyan bütün bu prosesi məntiqli şəkildə idarə edəcək”.

Çağırışlar Baqrat Qalstanyanı xeyli iştahlandırıb. 

Təsadüfi deyil ki, iki gün öncə mitinqdə çıxış edən revanşist fəaliyyəti ilə seçilən arxiyepiskop bir sıra diqqətçəkən mesajlar ünvanlayıb.

O, hakimiyyətin devriləcəyi təqdirdə keçid hökumətini quracaqlarını deyib. Keşiş ilk növbədə yeni hərbi doktrinanı qəbul edəcəklərini açıqlayıb:

“Siyasi baxışlarına görə həbsdə olan bütün şəxslər həbsdən azad ediləcəklər. "Artsax"ın "hərbi və siyasi liderlər"ini və digər həbsdə yatan şəxsləri geri qaytarmaq üçün hər cür səy göstəriləcək. Hər hansı təhlükə zamanı bunun qarşısının alınması və bütün təhdidləri mümkün qədər neytrallaşdırmağa planlanmış kəşfiyyat və əks-kəşfiyyatın inkişafı üçün yeni konsepsiya da hazırlanıb”.

Göründüyü kimi erməni keşiş “tarix yazmaq” eşqinə düşüb. 

Bunun üçünsə ilk növbədə hakimiyyətin yüksək eşalonuna sahib çıxmaq istəyir. Hələliksə, o istədiyini edir, istədiyini deyir. Bir ara Tavuşda yolu bağladı. Sonra bundan iştahlanıb İrəvana yürüş etdi. 

Ən qəribəsi də budur ki, Ermənistanın siyasi dairələrindəki anti-paşinyançılar Baqrat Qalstanyanın “bayrağı altında” birləşib. Tavuşdan başlayan yürüşdə bir çox erməni siyasilər onun arxasınca addımladılar. Artıq neçə gündür ki, revanşistlər erməni keşişi tək buraxmırlar. Onu daha iddialı çıxışlara və məsuliyyətsiz hərəkətlərə təşviq edirlər. 

Bəs Baqrat Qalstanyan kimdir?

53 yaşlı Baqrat Qalstanyan Gümrüdə anadan olub. Ermənistanda “Müqəddəs Eçmiədzin Ana taxt-tacının Qevorqyan” seminariyasında təhsilini davam etdirən Qalstanyan 1993-cü ildə deakon dini təyinatını alıb. 1995-ci ildə Eçmiədzindəki Müqəddəs Qriqori məktəbinin direktoru vəzifəsini icra edərkən, yeni yaradılmış Xristian Təhsili və Təbliğ Mərkəzinin vitse-prezidenti təyin edilib. 

O, “Qanteq” dini televiziya proqramının qurucu üzvlərindən biri olub. Baqrat Qalstanyan 1996-1998-ci illərdə I Qareqinin katibi olaraq Cənubi Amerika, Rusiya, Böyük Britaniya və Avstriyaya papalıq səfərlərində iştirak edib. 

Kanada Yeparxiyasının Baş Assambleyası 2003-cü ilin may ayında Qalstanyanı Kanada Erməni Kilsəsinin Yeparxiyasının primatı seçib və həmin ilin 22 iyununda II Qareqin onu Yepiskop rütbəsinə yüksəldib. Arxiyepiskop Baqrat Qalstanyan 2015-ci ildən bəri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı dini vəzifəsini yerinə yetirir. 

Qeyd edək ki, arxiyepiskop Baqrat Qalstanyan bütün fəaliyyəti boyunca millətçi mövqeyi və qatı türk əleyhidarı kimi tanınıb. Bundan əlavə, erməni keşiş II Qareginin ən yaxın adamlarındandır. Bax, hadisələrin mərkəzində dayanan fakt da budur. 

Məlum olduğu kimi, erməni cəmiyyətində kilsənin çox böyük nüfuzu var. Bu zamana qədər bütün erməni liderləri və siyasətçiləri Eçmiədzinlə hesablaşıb. Təbii ki, bu məsələdə Nikol Paşinyan istisnalıq təşkil edir. O hakimiyyətə gəldiyi ilk gündən II Qareginlə konfilikt yaşayır. Daha doğrusu, baş nazir öz qərarlarında baş keşişin rəylərini nəzərə almır. Ona görə də Eçmiədzinlə rəsmi İrəvan arasında dərin uçurum var. Tavuşda baş verənlər II Qareginə fürsət verib ki, Paşinyanla köhnə haqq-hesabı “çürütsün”. Bu məqsədlə Baqrat Qalstanyan ortaya atılıb.

Baqrat Qalstanyan baş nazir ola bilərmi?

Nəzərə alaq ki, “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Kanada vətəndaşıdır. Ona görə də onun baş nazir postuna namizəd olması mümkün deyil. 

Əslində, reallıqdan baxanda erməni keşişin bu qədər irəli gedəcəyi də inandırıcı deyil. İndiki vəziyyətdə rəsmi İrəvan hadisələrin inkişafını sadəcə müşahidə edir. Qəti qərar verməyə tələsmir. Revanşistlərsə bunu səhv anlayır, Paşinyanın geri çəkilişi kimi qəbul edirlər. Ona görə də Paşinyandan narazı kütlə Baqrat Qalstanyanın ətrafına toplaşır.

Baqrat Qalstanyan niyə xarici diasporlara çağırış edir?

Məlum olduğu kimi, Baqrat Qalstanyan xarici ölkələrdəki erməni diasporlarına çağırış edib. O diaspor təşkilatlarını “Vətən uğrunda Tavuş” hərakatını dəstəkləməyə çağırıb. Burda isə erməni keşişin bir hədəfi var: Paşinyanı xarici dəstəkdən məhrum etmək. Məlum olduğu kimi Paşinyanı Qərb açıq şəkildə dəstəkləyir. Bu dəstəksə Paşinyanın baş nazir kreslosunu toxunulmaz edir. 

Bunu Baqrat Qalstanyan da yaxşı bilir. Ona görə də o çalışır ki, Fransada, ABŞ-da və digər ölkələrdəki diaspor təşkilatları adlarını çəkdiyimiz dövlətlərə təzyiq etsin və Paşinyanın dəstəyi zəifləsin. Beləcə, onun devrilməsi yolu açılsın. 

Paşinyan komandası da boş dayanmır.

Ötən həftə Baqrat Qalstanyanın təşəbbüsü ilə parlamentdəki müxalifət fraksiyası Paşinyanın impiçment məsələsini müzakirəyə çıxartmaq istədi. Lakin bunun üçün lazımı səsi toplaya bilmədilər. Bundan əlavə, təkcə “Müqavimət hərəkatı”nın üzvləri deyil, əksər erməni siyasətçilər hesab edir ki, Baqrat Qalstanyana “dur” deməyin zamanı çatıb.

Məsələn, politoloq Alen Gevondyan deyib ki, Ermənistan hakimiyyətinin etiraz hərəkatının iştirakçılarına qarşı güc tətbiq etməsi qaçılmazdır:

“Hakimiyyət mütləq güc tətbiqinə əl atacaq. Çünki Nikol Paşinyan başa düşür ki, istənilən sonrakı hökumət onu cinayət məsuliyyətinə cəlb edəcək. Məhz bu reallıqları dərk etdiyi üçün Paşinyan hakimiyyətdə qalmaq üçün hər şeyi edəcək”.

Bu da o deməkdir ki, ən yaxın günlərdə Paşinyan Baqrat Qalstanyana qarşı qəti addımlar atacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Pensiyalar yenidən artırılır? - AÇIQLAMA

Pensiyalar yenidən artırılır? - AÇIQLAMA

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR

“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR

Taksi sürücüsünü elə aldatdı ki... - Film kimi hadisə - VİDEO

Taksi sürücüsünü elə aldatdı ki... - Film kimi hadisə - VİDEO

Toylarından çox rəqsləri gündəm oldu – VİDEO

Toylarından çox rəqsləri gündəm oldu – VİDEO

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Niyə isti havalarda aclıq hissi az olur?

Niyə isti havalarda aclıq hissi az olur?

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

End of content

No more pages to load

RADİO