TRIPP layihəsinin həyata keçirilməsi Ermənistanın və regionun iqtisadi və nəqliyyat mühitini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Britaniya biznes forumunda deyib.
Paşinyan bildirib ki, Ermənistan və region hazırda transformasiya mərhələsindədir. Onun sözlərinə görə, bu transformasiya Ermənistanla Azərbaycan arasında əldə olunan sülh və bundan irəli gələn proseslərlə bağlıdır.
Baş nazirin sözlərinə görə, TRIPP layihəsinin praktiki icrasına başlamaq üçün gündəlik iş aparılır. O qeyd edib ki, layihənin həyata keçirilməsi təkcə Ermənistanın deyil, bütövlükdə regionun iqtisadi mühitinin dəyişməsində əsas amillərdən birinə çevrilə bilər.
Paşinyan bildirib ki, artıq Ermənistan ətrafında müəyyən investisiya fəallığı müşahidə olunur. Onun sözlərinə görə, TRIPP-in reallaşdırılması yeni layihələrin ortaya çıxmasına və ölkənin, eləcə də regionun investisiya cəlbediciliyinin artmasına səbəb ola bilər.
Bizim.Media