Türkiyədə məhkəmə Rusiyanın “ən gözəl motosikletçisi” kimi tanınan Tatyana Ozolinanın ölümünə görə Onur Obutu 2 il 11 ay müddətinə azadlıqdan məhrum edib.
Bizim.Media xəbər verir ki, Ozolina 2024-cü ildə Muğla vilayətində baş verən motosiklet qəzasında həyatını itirib.
Məhkəmə və ekspertlər qəzada əsas günahın Obutuda olduğu qənaətinə gəlib.
Məhkəmə Obutu ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirli bilib. Ona əvvəlcə 3 il 6 ay həbs cəzası verilib, daha sonra cəza 2 il 11 aya endirilib.
Hadisə 21 iyul 2024-cü ildə Söke-Milas yolunda baş verib. Məhkəmə ekspertizasına görə, Ozolina qarşısına yük maşını çıxdığı üçün əyləci basıb, təhlükəsiz ara məsafəsini saxlamayan Obut isə onun motosikletinə arxadan çırpılıb. Ekspertlər Ozolinanı qəza ilə bağlı günahsız, Obutu isə əsas təqsirkar hesab ediblər.


Bizim.Media