Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Vakansiya elanlarında tez-tez qarşılaşdığımız "35 yaşa qədər", "20-30 yaş arası" kimi tələblər işaxtaran şəxslər arasında ciddi narazılıq doğurur. Xüsusilə təcrübəsi, peşə bacarığı və müvafiq təhsili olan, lakin yaş məhdudiyyətinə görə vakansiyaya müraciət edə bilməyən şəxslər belə yanaşmanın nə dərəcədə qanuni olduğunu sual edirlər.

Bəs işəgötürənlərin yaş məhdudiyyəti qoyması hüquqi baxımdan ayrı-seçkilik hesab olunurmu və bu əmələ görə cərimələr nəzərdə tutulubmu?

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, işin xüsusiyyətlərindən irəli gəlməyən yaş məhdudiyyətinin tətbiqi doğrudan da ayrı-seçkilikdir:

Dövlət xidmətindən Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad olunaraq qeyd edilib:

"Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində şəxsin yaşı, habelə işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi və əməyinin nəticələri ilə bağlı olmayan digər amillər əsasında birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi, eləcə də həmin amillərə görə şəxsin hüquqlarının məhdudlaşdırılması qadağandır. Bu baxımdan, işin xüsusiyyətlərindən və qanunvericiliklə müəyyən edilmiş tələblərdən irəli gəlməyən yaş məhdudiyyətinin işə qəbul zamanı namizədlərə tətbiq edilməsi yaşa görə ayrı-seçkilik kimi qiymətləndirilə bilər".

Qanunda nəzərdə tutulan istisna hallar…

Müfəttişlikdən həmçinin vurğulanıb ki, qanunvericilikdə ayrı-ayrı kateqoriya şəxslər və işlər üzrə yaşla bağlı xüsusi tələblər də var:

"Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən, yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Eyni zamanda, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə ilə bağlı qanunvericilikdə xüsusi məhdudiyyətlər müəyyən olunub. Həmçinin dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi qanunvericiliklə 65 yaş təyin edilib. Yəni işə qəbul zamanı yaşla bağlı tələb yalnız qanunvericilikdə nəzərdə tutulduqda və ya görüləcək işin obyektiv xüsusiyyətlərindən irəli gəldikdə tətbiq oluna bilər".

Vakansiyada yaş həddi yazan işəgötürən cərimələnirmi?

Elanlarda yaş həddi qoyan şirkətlərin cərimələnib-cərimələnməməsi məsələsinə də aydınlıq gətirilib:

"Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, yaşa görə ayrı-seçkiliyə yol verən işəgötürən müvafiq məsuliyyət daşıyır və ayrı-seçkiliyə məruz qalan şəxs hüququnun bərpası üçün məhkəməyə müraciət edə bilər. Lakin yalnız vakansiya elanında yaş həddinin göstərilməsi faktına görə işəgötürən barəsində ayrıca inzibati tənbeh (cərimə) tədbirinin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Müəssisənin fəaliyyət sahəsi və işin xarakteri nəzərə alınmaqla namizədlərə müvafiq tələblər qoyula bilər, bir şərtlə ki, bu tələblər görüləcək işlə obyektiv şəkildə əsaslandırılsın".

Ayşəm Rüstəmli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

Bakıda maşın yandı - VİDEO

Bakıda maşın yandı - VİDEO

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

End of content

No more pages to load

RADİO