“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

İctimai nəqliyyatda (xüsusilə müntəzəm avtobus marşrutlarında) mövsümə uyğun olaraq kondisioner, istilik sistemi və havalandırmanın qoşulmaması sərnişinlərin ən çox qarşılaşdığı və narazılıq etdiyi məsələlərdəndir.

Sürücülərin bu sistemləri açmaması yanacağa qənaətdən, yoxsa texniki nasazlıqdan qaynaqlanır?

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobuslarda havalandırma, sərinləndirmə və isitmə sistemlərinin olması qanunvericiliklə müəyyən edilmiş məcburi tələbdir:

"Mövsum başlamazdan əvvəl daşıyıcılara rəsmi xəbərdarlıq olunur"

Qurumdan vurğulanıb ki, sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılar bu standartlara əməl etməyə borcludurlar:

"Avtobusların müasir havalandırma, sərinləndirmə və isitmə sistemləri ilə təchiz olunması Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunmuş tələblərdə əksini tapıb. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılar da həmin qərarda əksini tapan tələblərə mütləq şəkildə əməl etməlidirlər. Hər il yay və qış mövsümü başlamazdan əvvəl daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir, havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə və isitmə sistemlərinin işlək vəziyyətə gətirilməsi və temperaturuna uyğun tənzimlənməsi tapşırığı verilir".

AYNA-dan vətəndaşlara da müraciət olunub:

"Bu kimi hallarla (sistemlərin qoşulmaması və ya işləməməsi) qarşılaşan sərnişinlər AYNA-nın 141 Çağrı Mərkəzinə zəng edərək məlumat verə bilərlər".

Ayşəm Rüstəmli, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

Bakıda maşın yandı - VİDEO

Bakıda maşın yandı - VİDEO

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

End of content

No more pages to load

RADİO