Üzeyir Hacıbəyli adına Mingəçevir şəhər on birillik musiqi məktəbinə yeni direktor təyin olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu post müddətli müqavilə ilə məktəbin fortepiano müəllimi Həmidova Zeynəb Vəliş qızına həvalə olunub. Bununla bağlı nazirlik müvafiq qərar qəbul edib.
Qeyd edək ki, yeni təyinat alan Zeynəb Həmidovanın yetirmələri bir sıra müsabiqə və festivallarda uğurlu nəticələr əldə edib.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu