Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu mərhələdə fransalı Dalyan Boulemtafeslə qarşılaşıb.
R.Məmmədəliyev rəqibinə 0:2 hesabı ilə uduzub.
Cüdoçumuz mübarizəni təsəlliverici görüşdə davam etdirəcək. Bu görüşdə onun rəqibi italiyalı idmançı Leonardo Valeriyani olacaq.
İdmançımız bu görüşdə qələbə qazanacağı təqdirdə bürünc medal uğrunda döyüşə çıxacaq.
Bizim.Media