Xalq artisti, tanınmış diktor Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Musavat.com-a diktorun yaxın qohumu məlumat verib.
O bildirib ki, hadisə ötən gün İçərişəhərdə gəzinti zamanı baş verib:
"Ofeliya xanımla ötən gün İçərişəhərdə gəzirdik. Qəfil təzyiqi qalxdı, başı fırlandı və yerə yıxıldı. Ofeliya Sənani yıxılarkən xəsarət aldı, sümüyü zədələnib. Hazırda xəstəxanada müalicə alan diktorun əməliyyat olunması nəzərdə tutulur".
Bizim.Media